Logo
    main-post-cover

    Azərbaycanda kibertəhlükəsizliklə bağlı radio kampaniyasına start verilib

        Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası kibertəhlükəsizlik sahəsində ictimai məlumatlılığın artırılması məqsədilə sosial maarifləndirmə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində vətəndaşlar üçün xüsusi audioçarxlar hazırlanıb.
        Technote.az xəbər verir ki, maarifləndirici audioçarxlar ölkənin aparıcı radiostansiyaları – Avto FM, Planet FM və Dalğa FM-in efirində yayımlanacaq. Audio materiallar gün ərzində müxtəlif saatlarda səsləndiriləcək.
        Audioçarxlarda vətəndaşlara kibertəhlükələrdən qorunma yolları barədə məlumat verilir. Eyni zamanda təhlükəsiz internet istifadəsi və şəxsi məlumatların qorunması ilə bağlı praktik tövsiyələr təqdim olunur.
        Kampaniyanın əsas məqsədi istifadəçilərin rəqəmsal davranış vərdişlərini təkmilləşdirməkdir. Təşəbbüs çərçivəsində fişinq, zərərli proqramlar və məlumat sızmaları kimi risklərə qarşı məlumatlılığın artırılması hədəflənir.
        Layihə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə verməyi nəzərdə tutur. Kampaniya rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsi və ümumi risklərin azaldılmasına xidmət edir.
    Paylaş