Logo
    main-post-cover

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

        Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi publik hüquqi şəxs yaradılıb.
        Technote.az xəbər verir ki, yeni qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərmiş Elektron Təhlükəsizlik Xidmətinin əsasında formalaşdırılıb. Agentlik nazirliyin tabeliyində fəaliyyət göstərəcək.
        Yeni Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarəti həyata keçirəcək. Qurum informasiya infrastrukturunun dayanıqlılığının artırılması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək.
        Fərdi məlumatların mühafizəsi, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatlara qarşı tədbirlərin görülməsi və maarifləndirmə fəaliyyəti də Agentliyin səlahiyyətlərinə daxil edilib. Agentlik Elektron Təhlükəsizlik Xidmətinin bütün hüquq və öhdəliklərinin hüquqi varisi olacaq.
        Qurumun fəaliyyətinə 1 sədr və 3 müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Prezidentin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi də təsdiqlənib.
    Paylaş
    Bənzər xəbərlər