Azərbaycanlı mütəxəssislər Windows əməliyyat sistemində üç təhlükəsizlik boşluğu aşkar edib
Tech-Azərbaycan
19.10.2026
Kibertəhlükəsizliyin təmin edilməsi mövcud təhdidlərə qarşı mühafizə tədbirləri ilə yanaşı, əvvəllər məlum olmayan təhlükəsizlik zəifliklərinin sistemli tədqiqatlar əsasında aşkarlanmasını və aradan qaldırılmasını da nəzərdə tutur.
“Cyber Point”-in Tədqiqat və İnkişaf (R&D) komandası tərəfindən aparılan dərin texniki araşdırmalar nəticəsində Windows əməliyyat sistemində istifadə olunan üç fərqli kernel drayverində təhlükəsizlik boşluqları aşkar edilib. Aşkar edilmiş zəifliklərin hər biri beynəlxalq səviyyədə tanınaraq rəsmi CVE identifikatoru ilə qeydiyyata alınıb.
Araşdırmalarımızın nəticələri:
Aşkar edilmiş təhlükəsizlik boşluqları VPN bağlantılarının idarə olunması, operativ yaddaşın RGB işıqlandırmasının tənzimlənməsi və kompüterin temperaturuna və fan sürətinə nəzarət funksiyalarını təmin edən üç fərqli proqram təminatının Windows kernel drayverlərinə aiddir.
- CVE-2026-19380 - Mullvad WireGuard wireguard.sys drayverində resursların idarə olunması ilə bağlı zəiflik müəyyən edilib. Bu boşluq sistemin sabitliyinə və əlçatanlığına təsir göstərə bilər (ətraflı - https://www.cve.org/CVERecord?id=CVE-2026-19380).
- CVE-2026-19381 - Kingston FURY CTRL NTIOLib_KSFX.sys drayverində aşkar edilən yüksək riskli boşluq lokal səlahiyyətlərin artırılması (Privilege Escalation) imkanını yarada bilər (ətraflı - https://www.cve.org/CVERecord?id=CVE-2026-19381).
- CVE-2026-19382 - Almico SpeedFan speedfan.sys drayverində aşkar edilmiş yaddaş sızması (Memory Leak) zəifliyi sistem resurslarının tükənməsinə və xidmətin dayanmasına səbəb ola bilər (ətraflı - https://www.cve.org/CVERecord?id=CVE-2026-19382).
Bu nəticələr bizim üçün nə ifadə edir?
Üç fərqli məhsul. Üç fərqli təhlükəsizlik zəifliyi. Üç beynəlxalq CVE qeydiyyatı.
Bu nəticələr “Cyber Point” komandasının təhlükəsizlik həllərinin tətbiqi ilə yanaşı, proqram təminatının nüvə səviyyəsində işləyən komponentləri üzrə, o cümlədən Windows kernel səviyyəsində aktiv tədqiqatlar apardığını göstərir.
Hesab edirik ki, kibertəhlükəsizlik sahəsində peşəkar səriştənin inkişafı mövcud hücumların təhlili ilə yanaşı, potensial hücum səthlərinin sistemli araşdırılmasını, əvvəllər məlum olmayan zəifliklərin aşkarlanmasını və əldə olunan biliklərin təhlükəsizlik icması ilə paylaşılmasını tələb edir.
Komandamız bu yanaşma əsasında tədqiqatlarını davam etdirərək mürəkkəb texnoloji sistemlərin təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsinə töhfə verir.
Yeni nəticələr və innovativ həllər - tezliklə!
#CyberPoint #CVE #VulnerabilityResearch #SecurityResearch #WindowsKernel #kibertəhlükəsizlik #CyberSecurity #Azerbaijan
#CyberPoint #CVE #VulnerabilityResearch #SecurityResearch #WindowsKernel #kibertəhlükəsizlik #CyberSecurity #Azerbaijan
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar