Çad nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub
Tech-Azərbaycan
19.06.2026
Farid
Çad Respublikasının iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzini ziyarət edib. Qonaqlara mərkəzlərin fəaliyyəti və innovasiya layihələri barədə məlumat verilib.
Technote.az xəbər verir ki, nümayəndə heyətinə “ASAN xidmət”də tətbiq olunan texnoloji həllər təqdim edilib. Təqdimat zamanı xidmət modelinin idarəetmə və innovasiya imkanları nümayiş etdirilib.
Görüşdə bildirilib ki, milli brend olan ASAN xidmətin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb. Bu model beynəlxalq səviyyədə maraq doğurmağa davam edir.
Çad tərəfi Azərbaycanın “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduqlarını ifadə edib. Tərəflər bu sahədə təcrübə mübadiləsini müzakirə ediblər.
Nümayəndə heyəti həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzlərinin fəaliyyəti ilə tanış olub. Qonaqlara bu layihələrin iş prinsipləri barədə məlumat verilib.
Paylaş