Çağrı mərkəzləri “ASAN xidmət” modeli ilə yenilənir
Tech-Azərbaycan
24.04.2026
Azərbaycanda dövlət qurumlarının çağrı xidmətləri vahid model əsasında təkmilləşdiriləcək.
Technote.az xəbər verir ki, yeni yanaşmaya görə, çağrı mərkəzi olmayan qurumların xidmətləri mərkəzləşdirilmiş qaydada göstəriləcək.
Bu xidmətlər “ASAN xidmət”in təcrübəsinə uyğun olaraq “108” Çağrı Mərkəzi üzərindən təqdim olunacaq.
Məqsəd vətəndaş müraciətlərinin daha operativ və əlçatan şəkildə cavablandırılmasıdır.
Yenilik çərçivəsində çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının xidmətləri “108” vasitəsilə təmin ediləcək.
Ehtiyac yaranarsa, digər dövlət qurumları da bu sistemə qoşula biləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...