Logo
    main-post-cover

    Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi mayda 15 mindən çox müraciəti cavablandırıb

        Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi vətəndaş müraciətlərinin cavablandırılması, yönləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir. Mərkəz iş vaxtı ərzində Nazirliyin bütün fəaliyyət sahələri üzrə müraciətləri qəbul edir.
        Technote.az xəbər verir ki, may ayı ərzində “881” Çağrı Mərkəzinə 15 695 müraciət daxil olub. Onlardan 15 448-i cavablandırılıb.
        Mərkəzin xidmət səviyyəsi 92.35% təşkil edib. Bu göstərici daxil olan zənglərin 30 saniyə ərzində cavablandırılmaya qəbul edilmə faizini əks etdirir.
        May ayında vətəndaş müraciətləri üzrə orta xidmət müddəti 1 dəqiqə 54 saniyə olub. Həmçinin interaktiv xidmətlər vasitəsilə 247 itirilmiş zənglə əks əlaqə yaradılıb.
        Bundan əlavə, qeyri-iş günlərində müraciət edən 562 vətəndaşın sualları cavablandırılıb. Xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün vətəndaşlara zəngdən sonra SMS vasitəsilə rəy bildirmək imkanı təqdim olunur.
    Paylaş