Logo
    MilliNet2026-da ilk səsvermə mərhələsi başlayıb

    MilliNet2026-da ilk səsvermə mərhələsi başlayıb

        MilliNet TK bildirir ki, 26 oktyabr tarixdən  müsabiqəyə buraxılan resursların 1-ci mərhələ üzrə qiymətləndirilməsinə başlanıb.
    Bu il qiymətləndirmə prosesinə onun daha keyfiyyətli aparılması üçün qeydiyyatın başa çatmasından öncə  başlanıb. Hazırda qeydiyyat davam edir və 25 noyabrda başa çatacaq.

        İndiyədək müsabiqəyə 9 Nominasiya üzrə 144 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan  100 layihə müsabiqəyə qəbul edilib.
        “İlin rəqəmsal siması” Nominasiyası üzrə namizədlər haqqında məlumatlar da toplanmaqda davam edir.

        MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində layihələrini təqdim edənlər və müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.

        Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər həm öz layihələrini təqdim edə bilərlər və  həm də müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.

        Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
        1-ci mərhələ qiymətləndirmə  prosesi  30 noyabr tarixədək davam edəcək. 
        1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar arasından  2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi noyabr ayının sonu  başlayacaq və dekabrın 15-dək yekunlaşacaq.
        Bu il 9 Nominasiya üzrə resurslar 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.
        Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

        Qaliblərə MilliNet-in ənənəvi mükafatları, qiymətli hədiyyələr , diplomlar təqdim ediləcək.  MilliNet2026-nın yekun təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

        Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
        Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AzTU və 4SİM Azərbaycan qurumudur.
        MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
        Gold sponsorlar AzİnTelecom, ABB İnnovation  və Caspel şirkətləridir.
        Sponsorlar SABAH.HUB, CyberPoint, B&B SECURITY,  Alas Academy , ULTRA Technologies, Hellojob.az, Prometech və Mediatrends şirkətidir.
        MilliNet-in media tərəfdaşları  Technote Media, TechZone.az və Xəbərlər.az texnoloji media resurslarıdır.
        Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
        Geniş məlumat: www.millinet.az

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...