Yanvar-mayda Azərbaycanda 190 mindən çox ASAN İmza sertifikatı verilib
Tech-Azərbaycan
12.06.2026
Farid
Bu ilin yanvar-may aylarında Azərbaycanda 190 935 ədəd “ASAN İmza” elektron imza sertifikatı verilib. Məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb.
Technote.az xəbər verir ki, verilmiş sertifikatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azalıb. Hesabat dövründə sertifikatlar 121 812 müraciət əsasında təqdim olunub.
Müraciətlərin sayı da illik müqayisədə azalma göstərib. Belə ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 7,4% aşağı olub.
“ASAN İmza” elektron imza sertifikatları fiziki şəxslər, hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün təqdim edilir. Fiziki şəxslər üçün nəzərdə tutulan sertifikatlar şəxsi istifadə məqsədi daşıyır.
Hüquqi şəxslər, sahibkarlar və dövlət qulluqçuları üçün təqdim olunan sertifikatlar isə kommersiya və ya dövlət qurumunu təmsil etmək səlahiyyəti verir. Verilən “ASAN İmza” sertifikatlarının etibarlılıq müddəti 3 ildir.
Paylaş