Logo
    main-post-cover

    ABŞ Apellyasiya Məhkəməsi TikTok-un əleyhinə qərar qəbul edib

    Tech-Biznes
    09.12.2024
    Emil
         Bu ilin aprel ayında ABŞ prezidenti Joe Biden ölkədə TikTok-un qadağan edilməsinə hədəflənmiş qanun layihəsini imzalamışdı. ABŞ prezidenti tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmayacağı təqdirdə bu sosial platforma ölkədə bloklanacaq. ABŞ hökumətinin bu sosial platformanı ölkədə qadağan etmək istəməsində əsas səbəb TikTok-un Çin hökuməti ilə əlaqəli ola bilməsində və propaqanda məqsədilə platformada dezinformasiyanın yayılmasındadır. ABŞ hökuməti narahatdır ki, Çin hökuməti TikTok vasitəsilə amerikalıların konfidensial məlumatlarını yığır.
         ByteDance şirkəti öz növbəsində ABŞ Konstitusiyasına edilmiş birinci düzəlişin əks etdirdiyi hüquqların pozulduğunu iddia edərək apellyasiya məhkəməsinə müraciət etdi. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyasının birinci düzəlişi söz azadlığının təmin olunmasına zəmanət verir. Lakin məlum olub ki, apellyasiya məhkəməsi bu mövzuda tamamilə fərqli fikirə sahibdir. Belə ki, ABŞ Federal Apellyasiya Məhkəməsinin 6 dekabr tarixində qəbul etmiş olduğu qərara əsasən TikTok-un ölkədə qadağan edilməsinə istiqamətlənmiş qanun layihəsi ABŞ Konstitusiyasının birinci düzəlişini pozmur.
         Beləliklə ByteDance şirkətinin 19 yanvar tarixinə kimi vaxtı var. Həmin tarixə qədər şirkət TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmasa, bu sosial platforma ölkədə bloklanacaq. Maraqlısı ondadır ki, öz keçmiş prezidentlik dövrü ərzində TikTok-un ABŞ-da qadağan olunmasının əsas tərəfdarı olmuş Donald Trump artıq geridə qalmış prezident seçkiləri ilə bağlı keçirtmiç olduğu seçki öncəsi kampaniyasını üstəlik TikTok üzərindən də reallaşdırırdı. Ola bilsin ki, Trump bu sosial platforma barəsində fikrini dəyişib və onun yenidən Ağ Evə gəlməsi TikTok üçün çıxış yolu ola bilər. Lakin hətta bu halda belə ABŞ-ın yeni prezidenti üçün Federal Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək çətin olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    artiq-tiktok-da-18-yasdan-kicik-istifadeciler-gozellik-filtrlerinden-istifade-ede-bilmeyecekler
    Sosial Media

    Artıq TikTok-da 18 yaşdan kiçik istifadəçilər gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər!

    TikTok gənc istifadəçilərini qorumağı hədəfləyən yeni təhlükəsizlik tədbirlərini açıqlayıb. Artıq 13 yaşdan kiçik şəxslər TikTok-da qeydiyyatdan keçə bilməyəcək, 18 yaşdan aşağı istifadəçilər isə üz filtrindən istifadə edə bilməyəcəklər.
    tiktok-un-sahibi-bytedance-fotolarin-tertibati-ve-redaktesi-ucun-suni-zeka-sistemini-istifadeye-verib
    Süni İntellekt

    TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib

    TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir.
    kanadada-tiktok-un-fealiyyetinin-dayandirilmasi-emri-verilib
    Sosial Media

    Kanadada TikTok-un fəaliyyətinin dayandırılması əmri verilib

    Kanada TikTok-a ölkədə fəaliyyət göstərilməsinin dayandırılması əmrini verib. Səbəb isə TikTok və onun sahibi olan ByteDance şirkəti tərəfindən ölkənin milli təhlükəsizliyinə olan risklərlə bağlıdır.
    apple-in-tiktok-a-gizli-sekilde-tezyiq-gosterdiyi-melum-olub
    Sosial Media

    Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!

    ABŞ-da TikTok-a qarşı açılmış məhkəmə işi ilə bağlı sənədlər səhvən paylaşılıb. Bu sənədlərdə Apple-ın TikTok üzərindəki təzyiqlərindən bəhs edilib. Bəs Apple bunu niyə edib?
    tiktok-azerbaycanda-tiktok-for-business-platformasini-teqdim-etdi
    Sosial Media

    TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

    Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.