
ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları aradan qaldıra bilər
Tech-Biznes
19.08.2024
Emil
ABŞ Demokratlar partiyasının Kaliforniyadan olan nümayəndələri ABŞ hökumətinin Huawei şirkətinə qarşı olan sanksiyaları yenidən nəzərdən keçirtməyi təklif ediblər. Onların sözlərinə əsasən yeni sanksiyalar ABŞ-ın aparıcı texnologiyalar sahəsindəki rəqabətinə mənfi təsir göstərə bilər. ABŞ Ticarət Nazirliyinə yönləndirilmiş məktubda demokratlar ABŞ şirkətlərinin Çin kimi əsas bazarlara çıxışlarına neqativ təsirləri barəsində xəbərdarlıq ediblər. Məmurların fikirlərinə əsasən birtərəfli sanksiyalar əks effekt yarada bilərlər.
Demokratlar sanksiyaların ABŞ-ın yarımkeçiricilər bazarındakı rəqabət potensialına ziyan verib-verməyəcəklərinin təyin edilməsinə kimi yeni eksport məhdudiyyətlərinin dayandırılmasına çağırışlar ediblər. Bu cür mövqe öz növbəsində milli təhlükəsizlik və iqtisadi maraqlar arasındakı fikir ayrılığını göstərir. Yarımkeçiricilər sahəsinin vacib oyunçularının yerləşdikləri Kaliforniya öz növbəsində yeni eksport məhdudiyyətləri səbəbilə ciddi zərər görə bilər. ABŞ Ticarət Nazirliyi Demokratlar partiyasının Kaliforniyadan olan nümayəndələrinin qeyd edilmiş narahatlıqlarına dair hələ heç bir fikir bildirməyib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
