ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
Tech-Biznes
08.05.2024
Farid Pardashunas
Bir neçə il bundan öncə ABŞ hökuməti Huawei şirkətinə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Tətbiq edilmiş sərt sanksiyalar səbəbilə Huawei öz məhsullarında Intel və Qualcomm şirkətlərinin prosessorlarından istifadə imkanından məhrum olmuşdu. Lakin bir neçə müddətdən sonra adları sadalanmış şirkətlərə Huawei-yə prosessorların satılması mövzusunda icazə lisenziyaları təqdim edildi. İndi isə məlum olub, ABŞ Ticarət Nazirliyi Intel ilə Qualcomm-un sahib olmuş olduqları icazə lisenziyasını ləğv edib. Nəticədə bu şirkətlər Huawei-yə prosessorların eksportu imkanından məhrum olublar. Məlumata əsasən ləğv edilmiş lisenziya Huawei şirkətinin noutbuk, smartfon və digər cihazları üçün nəzərdə tutulmuş prosessorları əhatə edib.
ABŞ prezidenti Joe Biden-in administrasiyası tərəfindən atılmış bu addım Huawei şirkətinin biznesinə ciddi zərbə vura bilər. Belə ki, Huawei öz növbəsində ABŞ-ın aparıcı yarımkeçirici texnologiyalarından məhrum olacaq. Bu üsul ilə ABŞ hökuməti Huawei şirkətinin mövcud sanksiyalara baxmayaraq öz prosessorlarını istehsal edə bilməsinə dair olan narahatlıqlara cavab verib. Keçən il Huawei Kirin prosessoru vasitəsilə çalışan Mate 60 smartfonlarını təqdim edərək hamını təəccübləndirmişdi. Nəticədə ABŞ qanunvericiləri mövcud sanksiyaların effektivliklərinə şübhə ilə yanaşmağa başladılar və məhdudlaşdırıcı tədbirlərin daha da sərtləşdirilməsini tələb etdilər.
ABŞ Konqresindəki respublikaçılardan olan senatorlar Marco Rubio və Elise Stefanik prezident administrasiyasına təzyiq göstərirdilər ki, Intel və Qualcomm-un icazə lisenziyası ləğv edilsin. Bu, Huawei şirkətinin öz noutbuklarında aparıcı Intel prosessorlarından istifadə etməsi xəbərlərinin ortaya çıxmasından sonra baş vermişdi. Onların fikirlərinə əsasən mövcud məhdudiyyətlərə baxmayaraq Huawei öz biznesini davam etdirir. Konqresdən əlavə olaraq Joe Biden-ə həmçinin ABŞ Ticarət Nazirliyi də təzyiq göstərməyə başladı. Nazirliyin rəhbəri olan Gina Raimondo bildirmişdi ki, o, Huawei şirkətinin ABŞ texnologiyalarından istifadəyə davam etməsinə görə çox narahatdır.
Mütəxəssislərin fikirlərinə əsasən prezident admininstrasiyasının yeni qərarı rəsmi Vaşinqtonun Çin şirkətləri ilə ciddi mübarizədə qəti qərarlı olduğunu sərgiləyir. Onlar düşünürlər ki, Huawei şirkətinə qarşı sərt siyasət növbəti prezident administrasiyası tərəfindən də sərgilənəcək. Huawei öz növbəsində sanksiyaların pozulduğunu inkar edir və bildirir ki, o, fərdi prosessorlarını özü hazırlayır. Lakin görünür, rəsmi Vaşinqton bu cür bəyanatlara inanmır. Intel ilə Qualcomm şirkətlərinə gəldikdə isə Huawei şirkətinə prosessorların satılması lisenziyasının ləğv edilməsi onların bizneslərinə təsir göstərməyəcək. Belə ki, Huawei artıq uzun müddətdir ki, onların siyahılarında böyük müştəri qismində çıxış etmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsi AnTuTu testlərindən keçib
Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsi AnTuTu testlərindən keçib
Çinin video platformalarından birində Snapdragon 8 Gen 4 flaqman prosessorunun mühəndislik nümunəsinin test videosu ortaya çıxıb.
Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
Huawei şirkəti keçən ay Çində Pura 70 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 4 model daxil oldu.
Təqdimata hazırlaşan Huawei Watch Fit 3 smart saatının əsas özəllikləri açıqlanıb
Təqdimata hazırlaşan Huawei Watch Fit 3 smart saatının əsas özəllikləri açıqlanıb
Huawei şirkəti dünən qlobal bazarda yeni cihazlarının təqdimatlarını anons etdi. Şirkət öz yeni cihazlarını qlobal bazarda 7 may tarixində təqdim edəcək.
Huawei kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır
Huawei kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır
ABŞ tərəfindən olan sanksiyalara baxmayaraq Huawei şirkəti öz smartfonları üçün nəzərdə tutulmuş Kirin prosessorlarını hazırlamağa davam edir. Ortaya çıxmış yeni məlumata əsasən şirkət kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır.
Huawei qlobal bazar üçün yeni cihazlarının təqdimatlarını anons edib
Huawei qlobal bazar üçün yeni cihazlarının təqdimatlarını anons edib
Huawei şirkəti qlobal bazarda öz yeni cihazlarının təqdimatlarını anons edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!