
ABŞ hökuməti TikTok-un əldə olunması üçün artıq 4 alıcı tapıb
Tech-Biznes
10.03.2025
Emil
5 aprel tarixi sürətlə yaxınlaşır və Donald Trump dəfələrlə TikTok-un ABŞ-da fəaliyyətinin qadağasının qüvvəyə minməsini təxirə sala biləcəyini bildirsə də, bu, potensial alıcıların axtarışının dayandırıldığı mənasına gəlmir. ABŞ prezidenti açıqlayıb ki, artıq dörd mümkün alıcı var və bu variantların hamısı ABŞ hakimiyyətini qane edir. TikTok-un ABŞ-da fəaliyyətinin qadağan olunması haqqında qanun 19 yanvar tarixində, Donald Trump-ın andiçmə mərasimindən bir gün əvvəl qüvvəyə minməli idi. Lakin sosial şəbəkədə bir neçə saatlıq fasilələr yaşandıqdan sonra, yeni prezidentin təşəbbüsü ilə bu qadağa 75 gün müddətinə - 5 aprelə qədər təxirə salındı.

Bu müddət ərzində TikTok-un ABŞ-dakı aktivlərinə alıcı tapılması nəzərdə tutulurdu. Trump hökumət təyyarəsində jurnalistlərə vermiş olduğu açıqlamada bildirdi ki, TikTok-un ABŞ bölməsi üçün satış razılaşması tezliklə elan oluna bilər: “Biz dörd müxtəlif qrupla danışıqlar aparırıq. Bir çoxları almaq istəyir və bu dörd variantın hamısı yaxşıdır” - deyə Trump qeyd edib. Bəzi ekspertlər TikTok-un ABŞ bölməsinin bazar dəyərini 50 milyard dollar həcmində qiymətləndirirlər.
Bu səbəbdən fərdi investorların bu cür böyük razılaşmanı həyata keçirməsi çətin görünür. Buna görə də potensial alıcılar ehtimal ki, bir neçə konsorsiuma bölünüblər. Bu konsorsiumlar investorlardan ibarətdir və onların hamısı TikTok-un gələcək istifadəsi ilə bağlı oxşar strateji baxışlara sahibdirlər. Bununla yanaşı, sövdələşmə hələ də Çin hökumətinin təsdiqini tələb edir. TikTok-un tövsiyə alqoritmi strateji əhəmiyyət daşıyır və Çin qanunlarına görə hökumətin icazəsi olmadan xarici ölkəyə satıla bilməz.
Mənbə: Reuters
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzatmağa hazırdır
Donald Trump-ın ABŞ prezidenti vəzifəsinə başlamasından əvvəl TikTok sosial şəbəkəsi ölkədə bir neçə saatlıq fəaliyyətini dayandırmışdı.

Sosial Media
TikTok-un ABŞ-dakı gələcəyi hələ də sual altındadır
ABŞ-da TikTok-un satışı üçün müəyyən edilmiş müddətin bitməsinə 1 aydan az vaxt qalsa da, onun çinli sahibi hələ də potensial alıcılarla danışıqlara başlamayıb.

Tech-Biznes
Donadl Trump ABŞ-ın bitcoin əsaslı strateji kriptovalyuta ehtiyatının yaradılması sərəncamını verib
Həftənin sonuna doğru ABŞ prezidenti Donald Trump strateji kriptovalyuta ehtiyatının yaradılması haqqında vəd etdiyi fərmanı imzaladı. Bu ehtiyat bitcoin hesabına artırılacaq, ayrıca formalaşdırılan rəqəmsal aktiv ehtiyatı isə digər kriptovalyutalarla da tamamlanacaq.

Tech-Biznes
Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.

Tech-Biznes
Britaniyada TikTok və digər platformalar ilə bağlı ciddi araşdırmaya start verilib
Böyük Britaniya tənzimləyicisi TikTok, Reddit və Imgur kimi internet platformaları ilə bağlı araşdırma başladır. Bu addım bu sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından düzgün istifadə etməməsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
