
ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
Tech-Biznes
22.01.2025
Emil
Counterpoint Research şirkəti dünyanın əsas smartfon bazarlarından biri olan Çin bazarının 2024-cü ilin yekunu üzrə statistikasını təqdim edib. Təqdim edilmiş statistikaya əsasən Çinin smartfon bazarında liderlər arasında yerdəyişmə baş verib. Beləliklə məlumatda qeyd edilib ki, 2024-cü ilin dördüncü rübündə Huawei şirkəti Çin smartfon bazarında yenidən birinci yerə yüksəlib. Belə ki, o, qeyd edilmiş müddətdə Çin bazarının 18.1% payına sahib olub. Qeyd etmək lazımdır ki, illər əvvəl ABŞ hökuməti tərəfindən Huawei-yə qarşı tətbiq edilmiş sanksiyalardan sonra şirkət ilk dəfədir ki, Çin smartfon bazarında birinci pilləyə yüksəlib. Huawei nova 13 və Mate 70 kimi seriyaların smartfonlarının satışları nəticəsində şirkətin illik satış göstəricisi 15.5% yüksəlib. Reytinqin ikinci pilləsində Xiaomi şirkəti qərarlaşıb. O, Çin smartfon bazarının 17.2%-nə sahibdir. Üçüncü yeri 17.1%-lik göstərici ilə Apple şirkəti tutub.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
