
Antimonopoliya orqanları Microsoft-un OpenAI-ya olmuş investisiyalarını araşdırmağa başlayıblar
Tech-Biznes
11.12.2023
Emil
Microsoft-un OpenAI şirkətinə 13 milyard dollar həcmində olan investisiyası ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) və Böyük Britaniyanın Rəqabət və Bazarların İdarəsi Agentliyi (CMA) kimi antimonopoliya orqanlarının diqqətlərini çəkib. Adları sadalanmış bu antimonopoliya orqanlarını maraqlandıran əsas məsələ Microsoft-un OpenAI şirkətinə yatırdığı investisiyaların antimonopoliya qanunlarını pozub-pozmadıqlarıdır. CMA bu məsələ ilə bağlı ilkin analizinə artıq start verib. Bu üsul ilə antimonopoliya orqanı Microsoft ilə OpenAI arasındakı əməkdaşlığın Böyük Britaniyada rəqabətə zərər yetirib-yetirmədiyini öyrənmək istəyir.
Antimonopoliya orqanı əsasən Microsoft tərəfindən OpenAI üzərində ola biləcək idarə ehtimalını analiz edir. Bundan əlavə olaraq bu məsələ həmçinin bir neçə müddət bundan öncə Sam Altman-ın OpenAI şirkətindən ayrılması və daha sonra geri qayıtması hadisəsi səbəbilə daha da qəlizləşir. OpenAI şirkətinin direktorlar şurasında müşahidəçi statusuna sahib Microsoft-un bu hadisədə rolu diqqət çəkir. OpenAI şirkəti daxilində qərarların qəbul edilməsi prosesində səsvermə hüququna sahib olmayan Microsoft-un Altman-ın yenidən şirkətə geri qayıtmasında ciddi rol oynadığı istisna edilmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
