
Apple dünyanın ən bahalı ikinci şirkəti statusunu da itirə bilər
Tech-Biznes
06.03.2024
Emil
Son zamanlarda Apple səhmlərinin ümumi dəyəri aşağı düşdüyü üçün şirkətin bazar dəyəri də aşağı düşür. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple nəticədə dünyanın ikinci ən bahalı şirkəti statusunu itirə bilər. Məsələ burasındadır ki, Apple süni zəka sahəsində ciddi addımlar atmasa, NVIDIA onun yerinə dünyanın ikinci ən bahalı şirkəti statusunu qazanacaq. Hal-hazırda Apple şirkətinin bazar dəyəri 2.63 trilyon dollar, NVIDIA-nın bazar dəyəri isə 2.15 trilyon dollar təşkil edir. Dünyanın ən bahalı şirkəti hal-hazırda Microsoft-dur və onun bazar dəyəri 2.99 trilyon dollardır. Bununla belə NVIDIA-nın səhmlərinin ümumi dəyəri 1 il ərzində 4 dəfə, Apple səhmlərinin ümumi dəyəri isə cəmi 15-20% yüksəlib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
