Logo
    main-post-cover

    Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər

    Tech-Biznes
    30.08.2024
    Emil
       Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır. Dünənki xəbərdə bu şirkətə yeni investisiyaların Thrive Capital vençur fondu ilə Microsoft tərəfindən yatırılacağı qeyd edilmişdi. İndi isə The Wall Street Journal xəbər verib ki, OpenAI şirkətinə yeni investisiyaları həmçinin AppleNVIDIA şirkətləri də yatıra bilərlər. Bu şirkətlər ümumilikdə OpenAI-ya milyardlarla dollar investisiya yatıra bilərlər. Microsoft 2019-cu ildən indiyənə kimi OpenAI şirkətinə 13 milyard dollar investisiya yatırıb.
         Bunun sayəsində Microsoft onun gəlirinin 49%-ni əldə etmək hüququna sahibdir. NVIDIA ilə Apple isə OpenAI şirkətinin partnyorları qismində çıxış edirlər. Belə ki, NVIDIA şirkəti qrafik prosessorlarla təmin edir, Apple isə öz növbəsində OpenAI texnologiyaları vasitəsilə özünün Apple Intelligence adlı ekosisteminin inkişafında maraqlı olan tərəfdir. Qeyd etmək lazımdır ki, nəticə etibarilə OpenAI şirkəti əldə edəcəyi yeni investisiyaları öz inkişafına istiqamətləndirəcək. Şirkət yeni investisiyalar sayəsində müxtəlif xərclərini təmin edə və yeni süni zəka sistemlərini hazırlaya bilər.
    Paylaş