Logo
    main-post-cover

    Avropa Birliyi Apple şirkətinə 500 milyon dollardan çox cərimə təyin edəcək

    Tech-Biznes
    19.02.2024
    Emil
         Avropa Birliyi Apple şirkətinə qarşı antimonopoliya cəriməsi tətbiq edəcək və şirkəti App Store qaydalarını dəyişməyə məcbur edəcək. Belə ki, Avropa Birliyinin fikrincə App Store platformasının mövcud qaydaları bazardakı rəqabət üçün maneələr yaradır. Məlumata əsasən Avropa Birliyi Apple şirkətini 539 milyon dollar dəyərində cərimələyəcək. Bunun gələn ay elan edilməsi gözlənilir. Məlumatda qeyd edilib ki, Avropa Birliyi daha öncə şirkəti onun bütün dünyadakı illik satışlarının 10%-i həcmində cərimələməyi planlaşdırırdı. Avropa Birliyi Apple şirkətinə qarşı istintaqa Spotify-ın şikayətindən sonra başladı.
         Belə ki, Spotify-ın sözlərinə əsasən Apple tərəfindən olan təzyiqlər ilə bağlı xərclərin qarşılanması üçün musiqi servisi aylıq abunəlik haqqını qaldırmaq məcburiyyətində qalıb. Hal-hazırda Avropa Komissiyası Apple şirkətinin öz istifadəçilərinə Apple Music servisindən kənarda daha ucuz başa gələn abunəlik variantları barəsində məlumat verib-vermədiyini araşdırır. Məlumata əsasən Avropa Komissiyası Apple şirkətinin həyata keçirtdiyi praktikanın qanunsuz olduğu bəyanatı ilə çıxış edəcək və ona istifadəçilərin daha ucuz musiqi servislərinə keçid etmələrində maneələrin yaradılmasını qadağan edəcək.
    Paylaş