Logo
    main-post-cover

    Avropa Birliyi Elon Musk-ı böyük məbləğdə cərimələyə bilər

    Tech-Biznes
    18.10.2024
         Bu ilin iyul ayında Avropa Komissiyası, X (keçmiş Twitter) sosial şəbəkəsinin rəhbərliyinə və ən əsas da onun sahibi olan Elon Musk-a xəbərdarlıq verdi ki, rəqəmsal xidmətlər üzrə qanunun (Digital Service Act / DSA) tələblərini yerinə yetirmək üçün addımlar atılmalıdır və X-də zərərli kontentin və dezinformasiyanın yayılması ilə mübarizə aparmaq lazımdır. Musk isə öz növbəsində Avropa Birliyinin bu tələblərini görməzdən gəlib.
         Bu səbəbdən də onu illik gəlirin 6%-i həcmində cərimə cəzası gözləyə bilər. Bloomberg saytı bildirib ki, söhbət, X-in illik gəlirindən deyil, Musk-ın sahib olduğu bütün şirkətlərin illik gəlirlərindən gedir. Musk isə X ilə yanaşı SpaceX, The Boring Company Neuralink kimi şirkətlərə sahibdir. Tesla ictimai şirkət olduğu üçün bu siyahıya daxil edilmir. Bununla yanaşı Avropa Birliyi, Musk-ın özünü də fərdi şəkildə cərimələyə bilər. Belə ki, o, Avropa Birliyinin tələblərini yerinə yetirmir. Bununla belə Avropa Birliyi bu mövzu ilə bağlı hələ yekun qərar verməyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Avropa Birliyi Elon Musk-ı böyük məbləğdə cərimələyə bilər | Technote