
Avropa Birliyi TikTok ilə bağlı yeni istintaqa start verib
Tech-Biznes
16.05.2025
Emil
Avropa Komissiyası 2025-ci il mayın 9-da ilkin olaraq müəyyən edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok sosial şəbəkəsi Avropa Birliyinin “Rəqəmsal Xidmətlər Aktı”nı (Digital Services Act, DSA) pozub. Qanun pozuntusu internetdə reklam kampaniyalarının mənbəyini və məqsədini izləməyə imkan verən açıq reklam arxivinin olmaması ilə bağlıdır. Əgər bu ilkin nəticələr təsdiqlənərsə, TikTok qlobal dövriyyəsinin 6%-i həcmində cərimə ilə üzləşə bilər. Avropa Birliyinin rəqəmsal texnologiyalar üzrə komissarı Henna Virkkunen rəsmi bəyanatında vurğulayıb.

“Onlayn reklamın şəffaflığı - kim tərəfindən maliyyələşdirildiyi və hədəf auditoriyanın necə müəyyən edildiyi - ictimai maraqların qorunması üçün son dərəcə vacibdir”. 2024-cü ildən qüvvəyə minmiş DSA qanununa əsasən, böyük rəqəmsal platformalar ictimaiyyətə açıq reklam arxivi aparmağa borcludur. Bu, xüsusilə seçkilər ərəfəsində fırıldaqçılığın, dezinformasiyanın və koordinasiyalı manipulyasiyanın aşkara çıxarılması üçün zəruri sayılır. Bu araşdırmadan əlavə, Avropa Birliyi daxilində TikTok-a qarşı bir neçə paralel proses də aparılır.
Onlardan biri 2024-cü ilə planlaşdırılan Rumıniya seçkilərinə mümkün müdaxilə ilə bağlıdır. May ayında TikTok artıq Avropa istifadəçilərinin şəxsi məlumatlarını Çinə ötürdüyünə görə İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası tərəfindən 530 milyon avro məbləğində cərimələnmişdi. Həmin vaxt sosial şəbəkənin nümayəndələri bildirmişdilər ki, bu qərar Avropada beynəlxalq fəaliyyət göstərən istənilən şirkətə mənfi təsir göstərə bilər. Avropa Birliyi sosial şəbəkələrlə bağlı tənzimləmələri sərtləşdirib, bu da xarici təsir, istifadəçi məlumatlarının qorunması və yalan məlumatların yayılması ilə bağlı narahatlıqların artması fonunda baş verir. TikTok isə Çin mənşəli ana şirkəti ByteDance ilə olan əlaqələri səbəbilə xüsusi nəzarət altındadır.
Mənbə: Financial Times
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
