Logo
    main-post-cover

    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər

    Tech-Biznes
    05.08.2025
    Emil
         Heyvani qorxu şirkətləri idarə edir, onları öz süni intellektlərini inkişaf etdirmək üçün 10 milyardlarla dollar xərcləməyə vadar edir. Bu texnoloji silahlanma yarışı artıq hərəkətə keçmiş bir qatara minməyə çalışmanın parlaq nümunəsidir. Yalnız ötən rübdə Copilot layihəsi üçün 24.2 milyard dollar xərcləmiş Microsoft bu rübdə əlavə olaraq daha 30 milyard dollar investisiya qoymağı planlaşdırır. Amazon həmin dövrdə 31.4 milyard dollar xərcləyib və bu templə davam etməyi düşünür. Google bu il üçün süni intellekt sahəsindəki xərclər proqnozunu 85 milyard dollara yüksəldib. İsrafçılıq paradını isə Meta tamamlayır - dəqiq xərclər hələ açıqlanmasa da, rəhbərliyin planları yenidən nəzərdən keçirdiyi və xərclərin əhəmiyyətli dərəcədə artırılmasını təsdiqlədiyi məlumdur.
         Süni intellekt üzərində işləyən, lakin bu qədər böyük məbləğlər xərcləməyən şirkətlər arasında OpenAIApple var. Nisbətən kiçik olan OpenAI bu qədər böyük xərcləri sadəcə qarşılayacaq gücdə deyil. Onun Oracle ilə bağladığı illik 30 milyard dollarlıq müqavilə - rüblük deyil, illik - bu baxımdan kifayət qədər təvazökar görünür. Apple-ın nə qədər vəsait xərclədiyi hələ dəqiq bilinmir, lakin şirkətin direktorlar şurasının texnologiyanın inkişaf tempi ilə razı qalmadığı açıq şəkildə hiss olunur. Bu sahə hələ tam formalaşmamışkən, bütün şirkətlər ən böyük payı ələ keçirməyə çalışırlar.
         Hər kəs yaxşı anlayır ki, bu gün bazarda yer tutmaq, sabah daha çevik rəqiblərdən həmin yeri almaqdan həm daha asan, həm də daha ucuzdur. Bu isə elə bir fenomenə gətirib çıxarır ki, yeni texnologiyaya gerçəkdən də kosmik səviyyədə pullar xərclənir. Məsələn, bu məbləğə şirkətlər 1 il ərzində 700 000 Starlink peyki orbitə çıxara bilərdi və ya 2 dəfə insanı Aya göndərmək mümkün olardı. Nəzərə almaq lazımdır ki, şirkətlər bu qədər vəsaiti xərcləməzdi, əgər onu faizlə birlikdə geri qaytarmaq niyyətində olmasaydılar. Kimlərsə artıq işini itirib və ya tezliklə itirəcək, digərlərinin isə tarif planları yaxın vaxtlarda arta bilər.
    Paylaş