Logo
    main-post-cover

    Britaniyada TikTok və digər platformalar ilə bağlı ciddi araşdırmaya start verilib

    Tech-Biznes
    04.03.2025
    Emil
         Böyük Britaniya tənzimləyicisi TikTok, Reddit Imgur kimi internet platformaları ilə bağlı araşdırma başladır. Bu addım bu sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından düzgün istifadə etməməsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb. İnformasiya Komissarlığı İdarəsi (ICO) bu platformaların gənclərə zərərli və ya uyğunsuz məzmun təqdim edib-etmədiyini öyrənmək üçün onların alqoritmlərini diqqətlə araşdıracaq. Araşdırmada əsas diqqət TikTok-un 13-17 yaşlı yeniyetmələrin şəxsi məlumatlarından necə istifadə etdiyinə və onlara hansı məzmunu tövsiyə etdiyinə yönələcək.
         Eyni zamanda Reddit və Imgur-un istifadəçilərin yaşını necə qiymətləndirdiyi və təsdiqlədiyi araşdırılacaq. Məqsəd yetkinlik yaşına çatmayanları təhlükəli və zərərli məzmuna məruz qalmaqdan qorumaqdır. ICO 2021-ci ildə "Uşaqlar üçün Onlayn Məxfilik Kodeksi"ni təqdim edib, bu sənəd internetdə yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının qorunmasına dair qaydaları müəyyən edir. Hazırkı araşdırma məlumatların qorunması qanunvericiliyinin mümkün pozuntularını müəyyən etməyə yönəlib. Əgər pozuntular aşkarlanarsa, tənzimləyici əvvəlcə bu barədə internet platformalarına məlumat verəcək və onların reaksiyasına əsasən yekun qərar qəbul edəcək.
         İnformasiya komissarı John Edwards bildirib ki, platformaların məlumat təhlükəsizliyinə dair müəyyən tədbirlər gördüyünə şübhə yoxdur, lakin bu tədbirlərin kifayət qədər etibarlı olub-olmadığını yoxlamaq lazımdır. "Məsələ ondadır ki, onlar hansı məlumatları toplayır və necə istifadə edirlər" - deyə Edwards izah edib. "Mən gözləyirəm ki, onların tövsiyə sistemlərində uşaqların məlumatlarından istifadənin bir çox müsbət və faydalı yolları olacaq. Məni narahat edən isə onların yetərincə təhlükəsiz olub-olmamasıdır - istər asılılıq yaradan alqoritmlər, istərsə də uşaqların qarşılaşdığı məzmun baxımından".
         Edwards vurğulayıb ki, tənzimləyici "TikTok-u hədəfə almır" və bu araşdırmanın sosial şəbəkələrin tövsiyə alqoritmlərini daha dərindən öyrənmək və rəqəmsal mühitin geniş mənzərəsini daha yaxşı anlamaq məqsədi daşıdığını bildirib. TikTok-un araşdırmaya cəlb olunması isə təsadüfi deyil. Bu qərar platformanın gənc istifadəçilər arasında sürətli məşhurluğu, bazardakı dominant mövqeyi və mümkün risklər nəzərə alınaraq qəbul edilib. Eyni zamanda, tənzimləyici resurslarını həddən artıq yayındırmamağa çalışır. Onun əsas maraq dairəsində rəqəmsal platformaların auditoriya və baxış saylarını artırmaq üçün istifadə etdiyi əsas texnologiyalar dayanır.
    Mənbə: The Guardian
    Paylaş
    Bənzər xəbərlər
    bytedance-sirketi-abs-da-tiktok-uzerinde-idareetmeni-itirmek-istemir
    Tech-Biznes

    ByteDance şirkəti ABŞ-da TikTok üzərində idarəetməni itirmək istəmir

    Donald Trump tərəfindən TikTok-un ABŞ-dakı taleyini həll etmək üçün verilən möhlət aprel ayının əvvəlində başa çatır və danışıqlar aparan tərəflərin razılığa gəlmək üçün çox vaxtı qalmayıb.
    donald-trump-tiktok-un-abs-da-qadagasinin-texire-salinma-muddetini-uzada-biler
    Sosial Media

    Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzada bilər

    TikTok-un ABŞ-da 19 yanvar tarixində qısa müddətlik qadağan edilməsi ilə bağlı hadisələr geniş şəkildə mətbuatda işıqlandırıldı. Ertəsi gün ABŞ prezidenti vəzifəsinə başlamış Donald Trump qadağanın qüvvəyə minməsini 75 gün, yəni 5 aprel tarixinə qədər təxirə saldı.
    tiktok-tetbiqi-abs-da-google-play-ve-apple-app-store-magazalarina-geri-qayidib
    Sosial Media

    TikTok tətbiqi ABŞ-da Google Play və Apple App Store mağazalarına geri qayıdıb

    Əvvəlcə gözlənilirdi ki, Çin şirkəti ByteDance öz biznesinin satışında razılığa gələ bilmədiyi üçün TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyəti 19 yanvardan etibarən qadağan ediləcək.
    elon-musk-in-tiktok-u-almaq-kimi-bir-fikri-yoxdur
    Tech-Biznes

    Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur

    Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib.
    openai-suni-zeka-modelleri-reddit-istifadecilerinden-artiq-82-daha-inandiricidir
    Süni İntellekt

    OpenAI süni zəka modelləri Reddit istifadəçilərindən artıq 82% daha inandırıcıdır

    OpenAI süni zəkanın nə qədər inandırıcı olduğunu yoxlamaq üçün ChatGPT-nin cavablarını Reddit-in r/ChangeMyView adlı sabredditindəki istifadəçilərin arqumentləri ilə müqayisə edib. Yeni o3-mini modeli insanların arqumentlərini 82% hallarda üstələyib.