
ChatGPT-nin mobil tətbiqi yeni gəlir rekorduna imza atıb
Tech-Biznes
08.08.2024
Emil
ChatGPT çat-botunun mobil tətbiqi gəlir məsələsində yeni rekorda imza atıb. Appfigures adlı analitik şirkətin təqdim etmiş olduğu məlumata əsasən sözügedən tətbiqin iyul ayı üzrə təmiz gəliri 28 milyon dollar təşkil edir. Bu, tətbiqin istifadəyə verildiyi vaxtdan indiyənə kimi ən böyük aylıq gəliridir. Gəlirin bu qədər artmasının əsas səbəbi OpenAI şirkətinin GPT-4o adlı süni zəka modelini istifadəyə verməsidir. Bu süni zəka modeli çat-botun imkanlarını olduqca genişləndirib.
Nəticədə ChatGPT-nin bu süni zəka modeli vasitəsilə çalışan versiyası mətnləri, videoları və nitqi emal etməklə yanaşı istifadəçiyə daha sürətli şəkildə cavab verə bilir. Maraqlısı ondadır ki, mobil tətbiqin iyul ayı üzrə əldə etmiş gəlirin 83%-i iOS versiyasının payına düşüb. Appfigures şirkəti bildirib ki, yeni texnologiyaya tələbat sayəsində may ayında tətbiqin ümumi dövriyyəsi 40% yüksəlib. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iyul ayında tətbiq 2 milyon yeni ödənişli istifadəçini özünə cəlb edə bilib.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
