
Donald Trump-ın şirkətinin bazar dəyəri X-in (keçmiş Twitter) bazar dəyərindən daha yüksək olub
Tech-Biznes
31.10.2024
Emil
Donald Trump-ın Truth Social adlı sosial şəbəkəsinə sahib Trump Media & Technology Group (TMTG) media holdinqinin səhmlərinin dəyəri ABŞ-da gələn ay baş tutacaq prezident seçkilərinin fonunda anidən yüksəlib. Nəticədə TMTG-nin bazar dəyəri Elon Musk-a məxsus olan X (keçmiş Twitter) sosial şəbəkəsinin bazar dəyərindən daha yüksək olub. Məlumata əsasən həftənin əvvəlində birjadakı satışlar səbəbilə TMTG-nin bazar dəyəri 10.3 milyard dollara yüksəlib.
Qeyd etmək lazımdır ki, X-in bazar dəyəri isə 9.4 milyard dollar təşkil edir. TMTG-nin səhmlərinin dəyəri 8.8% yüksəlib. Ümumiyyətlə son aylar ərzində holdinqin dəyəri aktiv şəkildə yüksəlir. Təkcə oktyabr ayında holdinqin dəyəri 3 dəfə yüksəlib. Bu, Donald Trump-ın aktiv şəkildə keçirtdiyi seçki kampaniyasının fonunda baş verir. Məlumata əsasən Trump-ın bu holdinqdəki payı 5.9 milyard dollar təşkil edir. X istifadəçi sayına görə Truth Social-dan qat-qat irəlidə olsa da, bu vəziyyət investorları narahat etmir. Statistikaya əsasən sentyabr ayında X-dən 706.2 milyon insan, Truth Social-dan isə 13.5 milyon insan istifadə edib.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
