
Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır
Tech-Biznes
16.05.2025
Emil
ABŞ Prezidenti Donald Trump, Apple şirkətinin amerikalılar üçün iPhone-ları Hindistanda istehsal etmək təşəbbüsündən narazı qalıb və bu barədə şirkətin baş direktoru Tim Cook-a bildirib. Söhbətdən sonra Trump bəyan edib ki, Apple ABŞ-da istehsalı artırmağa hazırlaşır. “Dünən Tim Cook ilə kiçik bir problemim oldu” - deyə Trump Qətərə səfəri zamanı bildirib. “Siz ABŞ-a 500 milyard dollar investisiya yatırmağı vəd edirsiniz, amma indi eşidirəm ki, siz Hindistanın hər yerində zavodlar tikirsiniz... Biz maraqlı deyilik ki, siz məhsulunuzu Hindistanda istehsal edəsiniz” - deyə Trump əlavə edib.

Fevral ayında Apple qarşıdakı 4 il ərzində ABŞ-a 500 milyard dollar investisiya yatıracağını vəd etsə də, iPhone istehsalının tam dövrəsini ABŞ-a köçürmək çətin olacaq. Bunun səbəbi kifayət qədər ixtisaslı işçi qüvvəsinin, etibarlı təchizatçıların və zəruri istehsal gücünün çatışmazlığıdır. Son illərdə Apple ABŞ ilə Çin arasında artan gərginlik fonunda Hindistanda iPhone istehsalını genişləndirib. Trump-ın yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Financial Times apreldə xəbər verdi ki, Apple 2026-cı ilin sonuna qədər ABŞ üçün nəzərdə tutulan bütün iPhone modellərini Hindistandan tədarük etməyi planlaşdırır. Hindistandan gətirilən məhsullara tətbiq olunan rüsumlar, Çin istehsalı mallarla müqayisədə xeyli aşağıdır.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
