Logo
    main-post-cover

    Donald Trump məhkəmədən TikTok-un ABŞ-da hələlik bloklanmamasını xahiş edib

    Tech-Biznes
    28.12.2024
    Emil
         ABŞ-ın seçilmiş yeni prezidenti Donald Trump öz səlahiyyətlərini 20 yanvar tarixində əldə edəcək. Lakin TikTok-un sahibi olan ByteDance şirkətinin bu sosial şəbəkəni ABŞ-ın yerli şirkətlərindən birinə satmağa razı olmadığı təqdirdə onun aqibəti artıq 19 yanvar tarixində həll ola bilər. Belə ki, bu halda TikTok rəsmi şəkildə ABŞ-da bloklanacaq. Trump öz növbəsində məhkəmə vasitəsilə bunun qarşısını almaq niyyətindədir. Bloomberg saytının vermiş olduğu məlumata əsasən Trump, ABŞ Ali Məhkəməkəsinə müraciət edərək TikTok-un ölkədə bloklanmasına istiqamətlənmiş qanun layihəsinin icrasının hələlik dayandırılmasını xahiş edib.
         Qeyd etmək lazımdır ki, sözügedən qanun layihəsi bu ilin aprel ayında Joe Biden tərəfindən imzalanmışdı. Qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar 2025-ci il tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır. Əks halda bu sosial şəbəkə ABŞ regionunda tamamilə bloklanacaq. Trump-ın fikrincə məhkəmə 20 yanvar tarixində baş tuitacaq andiçmə mərasimindən sonra ona müəyyən müddət təqdim etməlidir ki, o, danışıqlar üzərindən TikTok-un ABŞ-dakı aqibəti mövzusunda optimal həll yolunu tapa bilsin.
         ABŞ Ali Məhkəməsinə müraciətində Trump bildirib ki, o, sövdələşmələrin əldə olunması mövzusunda misilsiz bacarıqlara, seçicilərin dəstəklərinə və siyasi iradəyə sahibdir. Trump-ın sözlərinə əsasən bütün bunlar həm sosial şəbəkəni xilas etməyə həm də milli təhlükəsizlik sahəsindəki problemləri aradan qaldırmağa yardımçı olacaqlar. TikTok-un sahibi ilə potensial sövdələşmənin nədən təşkil olunacağı barəsində Trump heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, birinci prezidentlik dövründə Trump, TikTok-un ABŞ-da bloklanmasını çox istəyirdi. Lakin o öz seçicilərinin bu sosial şəbəkədə necə aktiv olduqlarını analiz edəndən sonra onun TikTok-a qarşı münasibəti bir qədər dəyişib.
    Paylaş