
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Tech-Biznes
25.07.2024
Aslan
Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.
İş dünyası üçün çox aktiv bir həftə keçirik. Bu dönəmdə xüsusilə texnologiya dünyasının nəhəngləri, son bir neçə gündür 2024-cü ilin ikinci rübü üçün balans hesabatlarını açıqlayırlar. Ancaq görünən odur ki, açıqlanan məlumatlar, investorları sevindirməyib. Buna görə də ABŞ fond bazarlarında ciddi sarsıntılar yaşanıb. İqtisadçılar, S&P 500 və NASDAQ-da 2022-ci ildən sonrakı ən kəskin enişin yaşandığını bildiriblər.

Birjalardakı bu cür kəskin enişlər, ən çox da dünyanın ən zəngin insanlarına təsir edib. Bildiyiniz kimi, ən böyük sərvət mənbəyi səhmlərdir. Bu məzmunda, Forbes-in Real Time Billionaires List-nə əsasən dünyanın ən zəngin 10 adamının sərvətinin bir gündə necə əridiyinə baxacağıq. Uzun müddətdir ki, dünyanın ən varlı adamı adını qoruyub saxlayan Elon Musk, həm məbləğ, həm də nisbət baxımından ən çox pul itirən şəxs olub. Təbii ki, Tesla-nın səhmlərindəki enişin 12% civarında olmasını nəzərə alsaq, belə bir hadisənin niyə baş verdiyini anlamaq çətin deyil.
Milyarder | Ümumi sərvət | 1 Günlük Zərər |
---|---|---|
Elon Musk | 231,6 milyard dollar | 17,1 milyard dollar (6,88%) |
Jeff Bezos | 198,6 milyard dollar | 5,2 milyard dollar (2,56%) |
Bernard Arnault | 179,4 milyard dollar | 10,8 milyard dollar (5,69%) |
Larry Ellison | 171,2 milyard dollar | 6 milyard dollar (3,41%) |
Mark Zuckerberg | 161,9 milyard dollar | 9,5 milyard dollar (5,53%) |
Larry Page | 143,1 milyard dollar | 7,2 milyard dollar (4,77%) |
Sergey Brin | 137,1 milyard dollar | 6,7 milyard dollar (4,67%) |
Warren Buffet | 136,4 milyard dollar | 312 milyon dollar (0,23%) |
Bill Gates | 132,5 milyard dollar | 1,8 milyard dollar (1,32%) |
Steve Ballmer | 126,4 milyard dollar | 3,8 milyard dollar (2,90%) |
ÜMUMİ | 68,4 milyard dollar |
Böhranda ən az pul itirən şəxs, duayen investor Warren Buffett olub. Cəmi 312 milyon dollar itirən Buffet, olduqca geniş portfelə sahibdir. Vəziyyəti belə olduğu üçün texnologiya dünyasındakı böhran ən az Warren Buffet-ə təsir etmiş olub.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
