
Əfsanəvi investor Warren Buffett təqaüdə hazırlaşdığını elan edib
Tech-Biznes
05.05.2025
Emil
Əfsanəvi investor Warren Buffett keçən həftənin sonunda açıqladı ki, 2025-ci ilin sonunda Berkshire Hathaway şirkətinin baş direktoru vəzifəsinə Greg Abel-in gətirilməsini şirkətin idarə heyətinə təklif edəcək. “Düşünürəm ki, artıq vaxt çatıb və ilin sonunda Greg şirkətin baş direktoru olmalıdır” - deyə Buffett şirkətin illik səhmdarlar yığıncağının sonunda bildirib. Eyni zamanda, 94 yaşlı Buffett bəyan edib ki, o, hansısa formada “ətrafda olacaq”.

O və Abel CNBC-yə bildiriblər ki, keçiriləcək idarə heyəti iclasında Buffett-in vəzifədən getdikdən sonra hansı formal rolda qalacağını müzakirə edəcəklər. Buffett daha əvvəl Abel-i - hal-hazırda Berkshire Hathaway-in sığorta olmayan əməliyyatlar üzrə sədr müavini - öz varisi kimi göstərmişdi, lakin Abel-in nə vaxt vəzifəni təhvil alacağını açıqlamamışdı. Texnologiya Buffett və Berkshire Hathaway-in investisiya etdiyi sahələrdən yalnız biri olsa da, şirkət bu sahəyə böyük investisiyalar yatırıb. Keçən il Apple səhmlərinin yarısını satmasına baxmayaraq, bu şirkət hələ də Berkshire Hathaway-in portfelinin 20%-dən çoxunu təşkil edir.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
