
Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb
Tech-Biznes
29.05.2025
Emil
Elon Musk-ın ABŞ hökumətində rəsmi fəaliyyəti üçün müəyyən olunmuş müddət başa çatıb. Biznesmen vəzifədən istefa verdiyini açıqlayıb və ABŞ prezidenti Donald Trump-a israfçı xərclərin azaldılması imkanı üçün təşəkkür edib. Musk, Tramp-ın ikinci dəfə ABŞ prezidenti vəzifəsinə başlamasından sonra, Hökumət Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edirdi. Bu departamentə federal qurumların ölçüsünü azaltmaq tapşırılmışdı. Xüsusi dövlət qulluqçusu statusunda olan biznesmen təqvim ili ərzində 130 gün administrasiyada işləyə bilər. Bu müddət may ayının sonunda başa çatır.

Musk sosial şəbəkə X-də belə yazıb: “Zaman keçdikcə DOGE missiyası güclənəcək və bütün hökumətin həyat tərzinə çevriləcək”. Onun vəzifədən getməsi barədə məlumatı CNBC-yə adının açıqlanmasını istəməyən Ağ Ev mənbəsi təsdiqləyib. Elon Musk dünyanın ən varlı insanıdır, Tesla, SpaceX və xAI şirkətlərinin baş icraçı direktoru vəzifəsini tutur, həmçinin X sosial şəbəkəsinin sahibidir. O, daha əvvəl öz bizneslərindəki problemlərin həllinə daha ciddi yanaşacağını bildirmişdi.
Aprel ayında Musk may ayının sonuna qədər DOGE-dəki fəaliyyətini xeyli azaldacağını vəd etmiş, lakin Trump-ın prezidentliyi başa çatana qədər dövlət işlərinə həftədə 1-2 gün vaxt ayıracağını demişdi. O, eyni zamanda Ağ Evdə ona ayrılmış kiçik ofisi saxlamağı planlaşdırdığını da qeyd edib. Hazırda Musk hüquqi təzyiqlərlə üzləşib. ABŞ-da onun barəsində DOGE rəhbəri kimi federal qanunları pozduğuna dair bir neçə iddia qaldırılıb. Bir neçə pensiya fondunun rəhbərləri Tesla-nın direktorlar şurasına məktub göndərərək, Musk-ın baş direktor kimi maaş alması üçün həftədə azı 40 saat elektromobil istehsalında işləməsini tələb etməyə çağırıblar.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
