
Elon Musk-ın sərvəti keçən ilin noyabr ayından 300 milyard dollardan aşağı düşüb
Tech-Biznes
08.04.2025
Emil
ABŞ-da Donald Trump-ın hakimiyyətə gəlməsindən sonra Elon Musk-ın göstərdiyi siyasi aktivlik təkbaşına belə Tesla şirkətinin bazar dəyərinin ciddi şəkildə azalmasına səbəb olub. Qeyd edək ki, Tesla səhmləri Musk-ın şəxsi sərvətinin əsasını təşkil edir. Trump tərəfindən tətbiq edilən rüsumlar bu səhmlərə təzyiqi daha da artırıb və nəticədə Musk-ın sərvəti noyabr ayından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb. Xatırladaq ki, ötən ilin payızında keçirilmiş seçkilərdə Trump-ın qələbəsi investorları ruhlandırmışdı. Onlar düşünürdülər ki, Trump-a yaxın olan yeni siyasətçilərdən biri kimi Musk, heç olmasa ABŞ daxilində, öz şirkətləri üçün daha əlverişli biznes şəraiti yaradacaq.

Trump-ın yanvarın ikinci yarısında prezident vəzifəsinə başlamasından sonra Musk yeni yaradılmış Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunub və dərhal olaraq dövlət xərclərinin və amerikalı məmurların sayının kəskin azaldılması prosesinə başlayıb. Bu cür fəaliyyət hətta ABŞ-dan kənarda da narazılığa səbəb olub, çünki Musk Avropa siyasətinə də müdaxilə etməyə başlayıb. Nəticədə, ilin əvvəlindən bəri Tesla-nın səhmlərinin dəyəri 42%-dən çox azalıb və Bloomberg-in hesablamalarına görə, Musk təxminən 137.7 milyard dollar itirib. Bu həftəyə Tesla səhmləri 2.5%-dən çox dəyər itirərək başlayıb və ötən həftənin iki son ticarət sessiyasını da nəzərə alaraq, şirkətin baş direktorunun sərvəti ümumilikdə 35 milyard dollardan çox azalıb.

Əslində, bu, ötən ilin noyabr ayından bəri ilk dəfədir ki, Musk-ın sərvəti 300 milyard dollar həddindən aşağı düşüb və cari həftənin əvvəlində 297.8 milyard dollar səviyyəsində qərarlaşıb. Bloomberg-in versiyasına görə dünyanın ən varlı 500 insanı arasında yer alan Elon Musk şəxsi sərvətinin azalması baxımından altıncı sırada qərarlaşıb. Bu isə Trump-ın yeni tariflərinin səbəb olduğu fond bazarındakı sarsıntıların digər milyarderlərə də təsir etdiyini göstərir. Ümumilikdə, dünyanın ən varlı 500 insanı təkcə bazar ertəsi günü 271 milyard dollar itirib və bu gün, sərvət azalması baxımından müşahidə tarixində üçüncü ən pis gün olub. Tesla səhmləri ötən ilin dekabr ayının ortalarında tarixi maksimum səviyyəsinə çatmışdı, lakin o vaxtdan bəri onların dəyəri 50%-dən çox azalıb.

Eyni zamanda Musk, Tesla üçün də o qədər də əlverişli olmayan tariflərlə bağlı vəziyyətə təsir göstərməyə çalışıb. O, ABŞ və Avropaya malların gömrük rüsumları olmadan ticarətini nəzərdə tutan bir razılaşma imzalamağı təklif edib. Tesla-nın direktorlar şurasının üzvü olan Kimbal Musk (Elon Musk-ın qardaşı) isə dünən yeni tarifləri tənqid edərək onları "Amerika istehlakçıları üçün daimi vergi" adlandırıb və bunun qiymət artımı şəklində özünü göstərdiyini bildirib. Dünyanın ən varlı insanının qohumunun sözlərinə görə, ABŞ özünü bütün zəruri məhsullarla təmin etməkdə o qədər də güclü deyil ki, artan gömrük rüsumlarının mənfi təsirindən yayınsın. Bu şəraitdə ABŞ-da yeni iş yerlərinin yaradılması belə tariflərin ölkə iqtisadiyyatına vurduğu zərbəni kompensasiya edə bilməyəcək.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər
ABŞ Prezidenti Donald Trump-ın başladığı ticarət müharibəsi fonunda, Apple, Microsoft, Alphabet, Amazon, NVIDIA, Tesla və Meta şirkətlərindən ibarət olan “möhtəşəm yeddilik” adlandırılan qrupun səhmlərinin dəyəri azalmağa davam edir.

Cihazlar+
Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?
Donald Trump-ın 2 aprel tarixində “Azadlıq Günü” adlandırdığı gün elan etdiyi ticarət rüsumlarının ardından, əksər idxal mallarının qiymətlərinin artması gözlənilir. Ən çox zərbə isə elektronika və avtomobillərə dəyəcək, o cümlədən yeni iPhone-un qiyməti də yüksələcək.

Tech-Biznes
Elon Musk ilə OpenAI arasındakı məhkəmə işinə gələn il baxılacaq
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinə qarşı milyarder Elon Musk-ın qaldırdığı məhkəmə iddiası 2026-cı ilin yazında münsiflər məhkəməsində baxılacaq.

Tech-Biznes
Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb
TikTok-un Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma dayandırılıb - Pekin, ABŞ prezidenti Donald Trump yeni rüsumlar tətbiq etdikdən sonra bu razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib.

Tech-Biznes
Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb
ABŞ Prezidenti Donald Trump TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını 75 gün müddətinə təxirə salıb.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
