
Elon Musk-ın xAI şirkəti 1 milyard dollar investisiya cəlb etməyi hədəfləyib
Tech-Biznes
06.12.2023
Emil
Elon Musk bu il xAI adlı yeni şirkətini təsis etdi. Sözügedən şirkət süni zəka sahəsində fəaliyyət göstərir. Şirkət hətta bir neçə müddət bundan öncə Grok adlı süni zəka çat-botunu təqdim etdi. Elon Musk-ın bu yeni şirkətinin sahib olduğu əsas üstünlüklərdən biri də ondadır ki, o öz süni zəka modellərini X (keçmiş Twitter) sosial şəbəkəsinin məlumatları əsasında təlimatlandıra bilir. İndi isə məlum olub ki, öz biznesinin inkişaf etdirilməsi üçün xAI şirkəti 1 milyard dollar investisiya cəlb etməyi hədəfləyib. Məlum olub ki, şirkət təsis edildiyi müddətdən indiyənə kimi artıq 135 milyon dollar investisiya əldə edib. Lakin şirkətə investisiya yatırmış investorların adları hələ açıqlanmayıb. İndi isə şirkət 1 milyard dollar investisiya cəlb etmək niyyətindədir.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
