Logo
    main-post-cover

    Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya cəlb etməyə hədəflənib

    Tech-Biznes
    26.01.2024
    Emil
         Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI şirkəti investisiyaların cəlb olunması istiqamətində müxtəlif ölkələrdəki investorlarla danışıqlar aparır. Məlumata əsasən şirkət son bir neçə ay ərzində Honkonq, Yaponiya, Cənubi Koreya və Yaxın Şərqdə yerləşən investisiya fondları ilə danışıqlar aparıb. Məsələ ilə yaxından tanış olan 3 anonim şəxs bildirib ki, Musk ümumilikdə 6 milyard dollar investisiyanın cəlb olunmasına və xAI şirkətinin bazar dəyərinin 20 milyard dollara kimi yüksəlməsinə hədəflənib. Hələ 20 yanvar tarixində Bloomberg xəbər vermişdi ki, xAI şirkəti 500 milyon dollar investisiya cəlb edib. Lakin daha sonra Musk bu xəbərin doğru olmadığını açıqladı.
    Paylaş