
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Tech-Biznes
04.03.2024
Emil
Elon Musk, OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə verib. Qeyd etmək lazımdır ki, OpenAI şirkətinin 2015-ci ildə təsis edilməsində iştirak etmiş şəxslərdən biri də Musk-dır. Musk keçən həftə OpenAI şirkətini San-Fransisko məhkəməsinə verib. O, şirkətdən və onun CEO-su Sam Altman-dan onun daha öncə şirkətə bağışlamış olduğu 44 milyon dollar vəsaitin geri qaytarılmasını və öz tədqiqatları ilə texnologiyalarını ictimaiyyətə açıq şəkildə təqdim etməyi tələb edib.
Musk-ın sözlərinə əsasən o, 44 milyon dollar vəsaiti şirkətə o şərtlə bağışlamışdı ki, şirkət qeyri-kommersiya təşkilatı şəklində fəaliyyət göstərəcək və öz tədqiqatlarını ictimaiyyətə açıq şəkildə təqdim edəcək. Musk bildirib ki, OpenAI Microsoft-un kommersiya məqsədli törəmə şirkətinə çevrilib. Onun fikrincə Microsoft OpenAI şirkətinə milyardlarla dollar vəsaitin investisiyası sayəsində Altman-ın və özünün zənginləşdirilməsinə diqqət ayırıb. Bununla yanaşı Musk bildirib ki, OpenAI özünün ən güclü böyük dil modeli olan GPT-4 barəsində məlumatları təqdim etməkdən imtina edib.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
