main-post-cover

    Elon Musk, OpenAI şirkətinin yeganə rəhbəri olmaq istəyibmiş

    Tech-Biznes
    16.12.2024
    Emil Nəcəfov
         Elon Musk bu il ərzində OpenAI şirkətini 3 dəfə məhkəməyə verib. İl ərzində qaldırılmış hər 3 məhkəmə iddiasında Musk tərəfindən qeyd edilmiş arqumentlərdən biri də o idi ki, OpenAI şirkəti qeyri-kommersiya məqsədli təşkilat şəklində çalışmaq missiyasından imtina edərək kommersiya məqsədli şirkət fəaliyyətinə keçid edib. İndi isə OpenAI şirkəti Musk ilə olmuş elektron poçt yazışmalarını təqdim edib. Təqdim edilmiş elektron poçt yazışmaları sayəsində məlum olub ki, Musk zamanında OpenAI şirkətinin kommersiya məqsədli şöbəsini formalaşdırmaq və üstəlik tamamilə şirkətə sahib olaraq onun yeganə idarəçisi olmaq istəyib.
         Qeyd etmək lazımdır ki, OpenAI şirkəti 2015-ci ildə təsis edilib və onun təsisçiləri arasında Musk da var idi. Həmin vaxtda OpenAI qeyri-kommersiya məqsədli təşkilat şəklində fəaliyyət göstərirdi. Lakin təsis edilməsindən 3 il sonra Musk öz istəyi ilə OpenAI-dan ayrıldı. İndi isə o, OpenAI şirkətini ən sərt şəkildə tənqid edən şəxsə çevrilib. Bu, müəyyən mənada onun süni zəka sahəsində fəaliyyət göstərən və OpenAI ilə rəqabət aparan xAI adlı startapa sahib olmasından da irəli gəlir. Bir neçə müddət bundan öncə Musk yenidən məhkəmə vasitəsilə hətta OpenAI CEO-su Sam Altman-a qarşı çıxaraq şirkətin kommersiya istiqamətində fəaliyyətinin qarşısını almağa cəhd göstərmişdi.
         Hal-hazırda OpenAI mütəmadi şəkildə milyardlarla dollar investisiyalar əldə edir. Musk-ın son məhkəmə iddiasına cavab olaraq OpenAI şirkəti Musk və onun təmsilçilərinin OpenAI rəhbərləri (Sam Altman və artıq keçmiş rəhbərlərdən biri Ilya Sutskever) ilə elektron poçt yazışmalarını təqdim edib. Təqdim edilmiş yazışmalarda tərəflər təşkilatın optimal strukturunu müzakirə ediblər və hesablama resurslarının ödənişi üçün investisiyaların cəlb edilməsinin vacibliyini qeyd ediblər. Şirkətin sözlərinə əsasən Musk təkidlə OpenAI çərçivəsində hüquqi şəxs statusunun formalaşdırılmasını, şirkət səhmlərinin idarə paketinin əldə edilməsini və şirkətin yeganə rəhbəri olmasını istəyirdi.
         2017-ci ildə o, PBC (Public Benefit Corporation) təşkilati-hüquqi formaya sahib Open Artificial Intelligence Technologies, Inc. təşkilatını qeydiyyatdan keçirtdi. Bu növ korporasiyalar özlərində ictimai faydalı missiyada iştirakla gəlirin əldə edilməsinə əsaslanmış ənənəvi kommersiya biznes modelini birləşdirirlər. “O, şirkət səhmlərinin idarə paketini və şirkət üzərində tam idarəni əldə etmədikdən sonra şirkətdən ayrılaraq bizlərə uğursuz olacağımızı söylədi. İndi isə OpenAI şirkətinin süni zəka sahəsində aparıcı tədqiqat laboratoriyası olduğu və onun bizə rəqib şirkətə sahib olduğu bir vaxtda o, məhkəmədən bizim öz işimizi effektiv yerinə yetirməyimizə maneə yaradılmasını istəyib” - deyə OpenAI qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkətinin keçmiş əməkdaşı öz evində ölü tapılıb
    openai-sirketinin-kecmis-emekdasi-oz-evinde-olu-tapilib
    ChatGPT-nin mobil tətbiqinə videolar ilə bağlı imkanlar əlavə edilib (VİDEO)
    chatgpt-nin-mobil-tetbiqine-videolar-ile-bagli-imkanlar-elave-edilib-video
    Elon Musk sərvəti 400 milyard dolları keçən ilk insan kimi adını tarixə yazdırıb!
    elon-musk-serveti-400-milyard-dollari-kecen-ilk-insan-kimi-adini-tarixe-yazdirib
    OpenAI-ın mətndən video hazırlayan süni intellekti Sora ilə hazırlanan videolar ağızları açıq qoyub!
    openai-in-metnden-video-hazirlayan-suni-intellekti-sora-ile-hazirlanan-videolar-agizlari-aciq-qoyub
    OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!
    openai-in-video-hazirlayan-suni-intellekti-sora-istifadeye-verilib