
Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır
Tech-Biznes
08.05.2025
Emil
Elon Musk ilə OpenAI şirkətinin hazırkı rəhbərliyi arasındakı qarşıdurmanın kökləri 2018-ci ildən əvvələ gedib çıxır. Həmin dövrdə Musk, sonradan dünyaya ChatGPT-ni təqdim edən bu gənc şirkətin formalaşmasında iştirak edirdi. Yeni məhkəmə iddiasında Musk sübut etməyə çalışır ki, etdiyi hərəkətlər OpenAI-a zərər vurmaq məqsədi daşımır. Qeyd edək ki, OpenAI Elon Musk-ın bu şirkətə zərər yetirməyə maraqlı olduğunu iddia edir və onun qarşılıqlı məhkəmə iddialarını, eləcə də ictimai çıxışlarını bu şirkətin planlaşdırdığı biznes restrukturizasiyasına maneə kimi təqdim edir.

Hesab olunur ki, məhz Musk-ın fəallığı nəticəsində OpenAI son zamanlar təşkilati struktur baxımından tam kommersiya modelinə keçmək ideyasından imtina edib. Bu həftə məlum olub ki, OpenAI-in kommersiya bölməsi müəyyən islahatlara məruz qalsa da, onun üzərindəki nəzarət xeyriyyə təşkilatında qalacaq. Şirkətə yaxın mənbələr həmçinin OpenAI-in Microsoft kimi investorlarla gəlirin bölüşdürülməsi məsələsində öz payını məhdudlaşdırmağa çalışdığını bildirirlər. Ötən çərşənbə günü Bloomberg-in məlumatına görə, Elon Musk-ın maraqlarını təmsil edən vəkil Marc Toberoff məhkəməyə müraciət edərək, onu OpenAI-in biznesinə zərər vurmaq və bununla öz startapı olan xAI üçün üstünlüklər əldə etmək cəhdində ittiham etməkdən azad olunmasını tələb edib.

OpenAI rəhbərliyi bu niyyətdə onu şübhəli bilib və müvafiq məhkəmə iddiası qaldırıb. İndi Musk bu ittihamlardan yaxa qurtarmağa çalışacaq. Milyarderin vəkili artıq bəyan edib ki, OpenAI-in son dövrlərdə elan etdiyi restrukturizasiya planları onun müştərisinin bu startapın süni zəka sistemlərinin yaradılması üzrə ilkin prinsiplərə - yəni bütün insanlıq naminə işləyən texnologiyalar yaratmaq məqsədinə - sadiqliyini müdafiə etməyə hazır olması baxımından heç nəyi dəyişmir. Musk-ın nümayəndəsinin sözlərinə görə, “qeyri-kommersiya strukturu Sam Altman-ın mənfəət əldə etmək ambisiyalarının həyata keçməsinə mane olan narahatlıq doğuran bir maneədir”. Musk ilə OpenAI arasında startapın restrukturizasiyası ilə bağlı məhkəmə iclası gələn ilin mart ayına təyin olunub.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
