
Elon Musk yaxın zamanda XCard adlı debet kartlarını istifadəyə verəcək
Tech-Biznes
13.05.2025
Emil
Elon Musk özünün X (keçmiş Twitter) platformasının imkanlarını genişləndirməyə davam edir. O, hələ 2024-cü ildə istifadəçilərə X çərçivəsində maliyyə xidmətləri təqdim etməyi planlaşdırdığını açıqlamışdı və artıq 2025-ci ilin yanvarında bu məqsədlə X platforması ABŞ-ın 41 ştatında müvafiq lisenziyaları əldə edib. Xatırladaq ki, X platforması Visa ilə tərəfdaşlıq edərək X Money adlı ödəniş xidmətini istifadəyə verməyi planlaşdırır.

Bu xidmət birbaşa sosial şəbəkə daxilində işləyəcək, ani bank köçürmələrini və P2P (insandan-insana) ödənişləri dəstəkləyəcək. Bu addım, Musk-ın əsas ideyasını - X platformasını Çinin WeChat kimi “hər şey üçün bir tətbiqə” çevirmək planını reallaşdırmaq üçün mühüm mərhələ hesab olunur. X platforması, istifadəçilərə hesab balanslarını bank kartlarının qəbul edildiyi istənilən yerdə xərcləməyə imkan verəcək XCard adlı debet kartını istifadəyə verəcək. Bu barədə məlumatı həm insayder, həm də Tesla və SpaceX əməkdaşı olan Dima Zeniuk verib. O, Elon Musk-ın bu sahədəki planlarının dəyişmədiyini təsdiqləyib və kartın yaxın zamanda istifadəyə veriləcəyini bildirib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
