Fransa hökumətinin Pavel Durov ilə bağlı istintaqı bir neçə ay davam edə bilər
Tech-Biznes
03.09.2024
Emil Nəcəfov
Fransa hökuməti tərəfindən bir çox cinayətlərdə günahlandırılan Pavel Durov ilə bağlı istintaq bir neçə ay ərzində davam edə bilər. Bu barədə məlumatı Paris prokurorluğu verib. “İstintaq başa çatdıqdan sonra istintaq hakimləri bir neçə ay ərzində davam edə biləcək araşdırmanı bitirdikləri qənaətinə gəlsələr, bu iş yekunlaşacaq. Prokurorluq zəruri hesab edəcəyi təqdirdə işin bitməsinə və ya onun cinayət məhkəməsinə ötürülməsinə qərar verəcək. Daha sonra istintaq hakimləri işin dayandırılmasına və ya məhkəmə prosesinin startına qərar verəcəklər” - deyə prokurorluq qeyd edib.
Qeyd etmək lazımdır ki, Pavel Durov 24 avqust tarixində Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Pavel Durov-un həbs edilməsi öz növbəsində bir çox ölkədə ictimai tənqidə səbəb oldu. Fransa hökuməti Durov-u Telegram üzərindən reallaşdırılan qanunsuz işlərdə iştirakda günahlandırır. Əgər nəticə etibarilə Durov-un qanunsuz işlərdə iştirakı təsdiqlənsə, onu 10 il müddətinə azadlıqdan məhrum olma cəzası gözləyə bilər. Qeyd etmək lazımdır ki, Durov 28 avqust tarixində 5 milyon avro dəyərində girov müqabilində azadlığa buraxıldı. Bununla belə ona Fransa ərazisini tərk etmək qadağası təyin olundu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi.
Pavel Durov həbsdən azad edilib
Pavel Durov həbsdən azad edilib
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb.
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib