
Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş
Tech-Biznes
22.04.2025
Emil
Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib. Bu gün isə məlum olub ki, Google eyni şəkildə süni zəka sistemi olan Gemini-nin Samsung Galaxy cihazlarında əvvəlcədən quraşdırılması üçün də maliyyə ayırıb. Bu faktı Google-un platformalar və tərəfdaş cihazları üzrə vitse-prezidenti Peter Fitzgerald başqa bir məhkəmə iclası zamanı təsdiqləyib. Hazırda davam edən 3 həftəlik məhkəmə dinləmələrində ABŞ Ədliyyə Nazirliyi, Google-a qarşı açılmış antiinhisar işi çərçivəsində, bazar dəyəri 1.81 trilyon dollar olan şirkətin bölünməsini tələb edib.

Bu proses texnologiya nəhənginin simasını köklü şəkildə dəyişə və Silikon Vadisində qüvvələr balansına ciddi təsir göstərə bilər. Məhkəmə prosesində Fitzgerald bildirib ki, Samsung Galaxy cihazlarında Gemini-nin əvvəlcədən quraşdırılması üçün aylıq ödənişlər yanvar ayından başlayıb və müqavilə ən azı 2 il müddətinə nəzərdə tutulub. Ümumi məbləğ açıqlanmasa da, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Google-un Samsung-a “böyük məbləğdə pul” ödədiyini deyib. Bundan əlavə, Fitzgerald-ın sözlərinə görə, müqavilə Samsung-un Gemini-də göstərilən reklamlardan əldə olunan gəlirdən faiz payı almasını da nəzərdə tutur.

Bu ifadələr Google üçün mövcud hüquqi problemlərə əlavə olaraq ciddi hüquqi nəticələr doğura bilər. Bir neçə gün bundan öncə ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı reklam texnologiyaları sahəsindəki monopolist mövqeyinə görə açılmış məhkəmə prosesində qalib gəlib. Məhkəmə qərarında qeyd olunub ki, Google “qəsdən bir sıra rəqabətə zidd fəaliyyətlərdə iştirak edib” və texnologiya nəhənginin bu cür rəqabətə mane olan təcrübələri müştərilərə və istifadəçilərə zərər vurub. İndi məhkəmə Fitzgerald-ın ifadələrini mövcud iddia işinə əlavə edəcək və Google-un hüquqi məğlubiyyət halında öz biznesində etməli olduğu dəyişikliklərlə bağlı yekun qərarı qəbul edəcək.
Mənbə: Android Authority
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Google öz biznesinin potensial bölünməsinə qaşıdır
Bu həftə ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı açdığı antiinhisar işi üzrə məhkəmə prosesi başlayıb. Şirkət internet axtarış bazarında monopoliyanı formalaşdırmaqda ittiham olunur.

Tech-Biznes
Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib
ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı aparılan antiinhisar məhkəmə işində bəyan edib ki, internet axtarış sahəsindəki inhisarçılıq problemini həll etməyin ən yaxşı yolu 1.81 trilyon dollar dəyərində olan şirkətin bölünməsidir.

Proqram Təminatı
OneUI 8.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Samsung OneUI 7.0 istifadəçi interfeysinin yayımı ilə bağlı vəziyyət hələ də gərgin olaraq qalır. Samsung prosesi məcburi şəkildə dayandırıb yenidən başladıqdan sonra həm flaqman, həm də orta seqment modelləri əhatə edən yenilənmiş qrafiki tez bir zamanda paylaşdı.

Proqram Təminatı
Google Gemini Live bütün Android istifadəçiləri üçün istifadəyə verilib
Google Gemini Live funksiyasının genişləndirildiyini elan edib və bu funksiya artıq bütün Android istifadəçiləri üçün əlçatandır.

Proqram Təminatı
Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir
Samsung şirkəti Perplexity adlı süni zəka köməkçisinin Galaxy smartfon və planşetlərinə mümkün inteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Bu addım, Galaxy cihazlarında əsas yer tutan Google-un Gemini köməkçisinə əlavə olaraq əhəmiyyətli bir yenilik ola bilər.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
