main-post-cover

    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib

    Tech-Biznes
    02.05.2024
    Farid Pardashunas
         Google şirkəti hal-hazırda internet axtarışı sahəsində antimonopoliya məhkəmə prosesində iştirak edir. Şirkət internet axtarışı sahəsində monopoliyaya sahib olmaqda günahlandırılır. Davam edən məhkəmə prosesləri sayəsində məlum olub ki, Google şirkəti təkcə 2022-ci ildə Google Search-ün Safari brauzerində standart axtarış sistemi kimi qalması üçün Apple şirkətinə 20 milyard dollar vəsait ödəyib. Hələ keçən ilin noyabr ayında məlum olmuşdu ki, Google Safari brauzeri vasitəsilə əldə etdiyi ümumi gəlirin 36%-ni Apple şirkətinə ödəyir. İndi isə bunun hansı həcmdə məbləği əks etdirdiyi məlum olub. Qeyd etmək lazımdır ki, davam edən məhkəmə proseslərində Microsoft Google şirkətinə qarşı çıxan tərəf rolunda çıxış edir.
         Belə ki, məlumata əsasən Microsoft özünün Bing axtarış sisteminin Apple cihazlarında istifadə edilməsi ilə bağlı şirkətlə danışıqlar aparırdı. Lakin Apple şirkətinin fikrincə Bing keyfiyyət və imkanlar baxımından Google Search ilə rəqabət apara bilmir. İndi isə məhkəmə bu mövzu ilə bağlı yekun qərar verməlidir. Şirkətlər bu və ya digər axtarış sisteminin seçilməsində keyfiyyət kimi kriteriyalara yoxsa Google tərəfindən olan gəlir üstünlüyünə istiqamətlənirlər? Qeyd etmək lazımdır ki, Google Search Safari brauzerində 2002-ci ildən standart axtarış sistemi kimi istifadə edilir. Bununla belə istifadəçi öz istəyinə uyğun olaraq brauzerdə digər axtarış sisteminin daimi istifadəsini seçə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Photos-a çəkdiyiniz videonun keyfiyyətini bir kliklə artıra biləcəyiniz xüsusiyyət əlavə edilir!
    google-photos-a-cekdiyiniz-videonun-keyfiyyetini-bir-klikle-artira-bileceyiniz-xususiyyet-gelir
    3-cü nəsil Apple Watch Ultra-da ciddi dəyişikliklər olmaya bilər
    3-cu-nesil-apple-watch-ultra-da-ciddi-deyisiklikler-olmaya-biler
    iOS 17.5 ilə iPhone-lara təmir xüsusiyyəti gəlir!
    ios-175-ile-iphone-lere-temir-xususiyyeti-gelir
    Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləməməyə başlayıb: Bəs problemi necə həll etmək olar?
    bezi-iphone-larin-zengli-saat-xususiyyeti-islememeye-baslayib-bes-problemi-nece-hell-etmek-olar
    iOS 18 ilə Safari-ə gələcək süni intellekt xüsusiyyətləri bəlli olub!
    ios-18-ile-safari-e-gelecek-suni-intellekt-xususiyyetleri-belli-olub