
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
Tech-Biznes
23.05.2024
Emil
OpenAI şirkəti bir neçə müddət bundan öncə GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi. Similarweb saytının statistikasına əsasən isə GPT-4o-nun təqdimatından sonrakı 2 gün ərzində ChatGPT-nin saytına daxil olmuş istifadəçilərin ümumi sayı 100 milyondan çox olub. May ayının ilk 17 günü ərzindəki statistika əsasında hazırlanmış proqnoza əsasən ChatGPT-nin bir aylıq istifadəçi kütləsi 2 milyard insanı keçə bilər. Qeyd etmək lazımdır ki, bu mövzuda daha öncəki rekord 2023-cü ilin may ayında qeydə alınmışdı.

Belə ki, həmin vaxtda ChatGPT-nin aylıq aktiv istifadəçi kütləsi 1.8 milyard insan idi. Məlumata əsasən may ayının ilk 17 günü ərzində ChatGPT-nin ortalama günlük trafiki 17.8 milyon istifadəçi təşkil edib. Əgər bu temp olduğu kimi qalsa, may ayının yekunu üzrə ChatGPT-nin aylıq istifadəçi kütləsi 2.3 milyard insan təşkil edəcək. Hətta əgər may ayının sonunda trafik aşağı düşsə belə, istifadəçi kütləsinin 2 milyard insanı keçmə ehtimalı çox yüksəkdir. Qeyd etmək lazımdır ki, GPT-4o-nun zəka səviyyəsi GPT-4-ün zəka səviyyəsində olsa da, mətn, foto və audio ilə çalışma mövzusunda daha geniş imkanlara sahibdir.
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
OpenAI tərəfindən süni intellekt səsləndirməsi üçün məşhur aktrisa Scarlett Johansson-un səsindən istifadə edilməsi iddiası sosial mediada gündəmə səbəb olub.

Proqram Təminatı
Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
10 iyun tarixində Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək.

Süni İntellekt
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
Google, rəsmi X hesabında paylaşım edərək Gemini ilə bağlı yeni xüsusiyyətini göstərib. Bu xüsusiyyətin "GPT-4o"da da mövcud olması izləyiclərin diqqətdən yayınmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Google sözügedən xüsusiyyəti "GPT-4o"un təqdimatından bir neçə dəqiqə əvvəl paylaşıb.

Tech-Biznes
GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
OpenAI-nin yeni süni intellekt modeli GPT-4o, ChatGPT istifadəçiləri üçün pulsuz olaraq təqdim edilib. Duolingo-nun səhmləri yeni çox rejimli "GPT-4o"nun təqdim edilməsindən sonra ucuzlaşmağa başlayıb.

Süni İntellekt
OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
OpenAI şirkəti keçirtmiş olduğu xüsusi tədbir çərçivəsində GPT-4o adlı yeni güclü generativ süni zəka modelini təqdim edib. Təqdim edilmiş bu yeni güclü süni zəka modeli yaxın həftələr ərzində ChatGPT-yə və şirkətin digər məhsullarına inteqrasiya ediləcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
