
Honor Çinin smartfon bazarının liderinə çevrilib
Tech-Biznes
26.04.2024
Farid
International Data Corporation (IDC) şirkətinin analitikləri 2024-cü ilin birinci rübü üzrə Çinin smartfonlar bazarının göstəricilərini qiymətləndiriblər. Nəticədə məlum olub ki, keçən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə Çin bazarında yerli brendlərin satışları yüksəlib. Apple isə öz mövqelərini itirməyə başlayaraq yerini yerli brendlərə verir. Beləliklə 2024-cü ilin ilk 3 ayının nəticəsinə əsasən Honor şirkətinin Çindəki bazar payı 17.1% təşkil edib.

Şirkətin smartfon buraxılışı həcmi isə il ərzində 13.2% yüksəlib. Reytinqin ikinci yerini Huawei şirkəti tutub. O, Çindəki bazarın 17.0%-nə sahibdir. Şirkətin il ərzində smartfon buraxılışı həcmi 110% yüksəlib. Reytinqin üçüncü yerini OPPO (15.7% bazar payı), dördüncü yerini Apple (15.6% bazar payı), beşinci yerini isə vivo (14.6% bazar payı) tutub. Mütəxəssislərin fikirlərinə əsasən Honor-un bu ilin birinci rübü ərzində Çində lider mövqe əldə etməsinin əsas səbəblərindən biri də şirkətin geniş seçimdə smartfonlara sahib olmasıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
