
Huawei Çinin smartfon bazarında Apple şirkətinin bazar payını azaltmağa davam edir
Tech-Biznes
29.08.2024
Emil
Huawei şirkəti Çinin smartfon bazarının Apple şirkətinə aid hissəsini əldə keçirtməklə artıq ardıcıl 6-cı rübdür ki, öz dövriyyəsini artırır. Bu ilin ikinci rübündə Huawei şirkətinin dövriyyə həcmi 33.6 milyard dollar təşkil edib. Bu isə keçən ilin ikinci rübündəki göstəricidən 33.7% yüksəkdir. Gözləntilərə əsasən Huawei şirkətinin bu müddət ərzində təmiz gəlir göstəricisi 35.5 milyard yuan təşkil edəcək.
Məlumata əsasən keçən rüb Huawei şirkətinin Çin bazarındakı smartfon təchizatı 50% yüksəlib. Apple şirkətinin isə Çin bazarındakı pay göstəricisi azalmağa davam edir. Çin bazarında Apple şirkətini təkcə Huawei deyil, həmçinin vivo və Xiaomi kimi şirkətlər də geridə qoymağı bacarıblar. Nəticədə Apple rüb sonu göstəricilərinə əsasən Çində smartfon təchizatçısı kimi 6-cı yerdə qərarlaşıb. Məlumata əsasən bu ilin ikinci rübündə Çin bazarında Apple smartfonlarının satışları 6.5% aşağı düşüb.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
