
Huawei qlobal smart saat bazarının liderinə çevrilib
Tech-Biznes
19.12.2024
Emil
IDC analitik şirkəti 2024-cü ilin üçüncü rübü üzrə nəticələri analiz edərək qlobal smart saat bazarındakı vəziyyət ilə bağlı statistikanı təqdim edib. Təqdim edilmiş statistikaya əsasən bu bazarın lideri Huawei şirkətidir. Belə ki, Huawei şirkəti bu ilin üçüncü rübü çərçivəsində 23.6 milyon ədəd smart saat sata bilib. Bu isə keçən ilin üçüncü rübü ilə müqayisədə 7.3 milyon ədəd cihaz daha çoxdur. Bunun sayəsində şirkət qlobal smart saat bazarının 16.9% payına sahibdir.
Analitiklərin fikirlərinə əsasən şirkət bu nailiyyəti Watch GT5, Watch D2 və Watch Ultimate Green Edition kimi yeni smart saatlar sayəsində əldə edib. Statistikanın ikinci pilləsində Apple şirkəti qərarlaşıb. Bu ilin üçüncü rübündə o, 22.5 milyon ədəd smart saat sata bilib. Nəticədə Apple qlobal smart saat bazarının 16.2% payına sahibdir. Statistikanın üçüncü yerini Xiaomi şirkəti tutub. Qeyd edilmiş müddət ərzində Xiaomi 20.5 milyon ədəd smart saat sata bilib. Onun qlobal smart saat bazarındakı pay göstəricisi 14.7% təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
