
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
Tech-Biznes
06.03.2024
Emil
Canalys analitik şirkəti keçən ilin dördüncü rübü üzrə mobil prosessorlar bazarının vəziyyəti ilə bağlı hesabatı təqdim edib. Hesabat sayəsində məlum olub ki, keçən ilin dördüncü rübündə MediaTek bazarın ən böyük mobil prosessor istehsalçısına çevrilib. Şirkət keçən ilin oktyabr ayından dekabr ayına kimi 117 milyon mobil prosessor istehsal edib. Bu isə 2022-ci ilin dördüncü rübündəki göstəricisindən 21% yüksəkdir. İkinci yerdə Apple şirkəti qərarlaşıb. O, keçən ilin oktyabr ayından dekabr ayına kimi 78 milyon mobil prosessor istehsal edib. Bu isə şirkətin 2022-ci ilin dördüncü rübündəki göstəricisi ilə müqayisədə 7% yüksəkdir.

Üçüncü yerdə istehsal edilmiş 69 milyon prosessor göstəricisi ilə Qualcomm şirkəti qərarlaşıb. Onun illik göstəricisi 1% yüksəlib. Çinin Unisoc şirkəti heç gözlənilmədən illik göstəricisini 24% yüksəldərək keçən ilin dördüncü rübündə 27 milyon mobil prosessor istehsal edib. Bununla da Unisoc reytinqin dördüncü pilləsini tutub. Beşinci yerdə Samsung qərarlaşıb. Samsung-da illik göstərici əksinə 48% aşağı düşüb və nəticədə şirkət keçən ilin dördüncü rübündə yalnız 13 milyon mobil prosessor istehsal edib. Huawei eyni müddət ərzində 7 milyon, Google isə 3 milyon mobil prosessor istehsal edib.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
