Logo
    main-post-cover

    Məhkəmə Google-un monopoliyasının daha yumşaq tədbirlərlə aradan qaldırılmasını nəzərdən keçirir

    Tech-Biznes
    02.06.2025
    Emil
         Ötən həftənin cümə günü ABŞ Ədliyyə Nazirliyi Google arasında onlayn axtarış və onunla bağlı reklam sahəsində Google-un inhisar mövqeyini zəiflətmək məqsədilə verilmiş təkliflər üzrə yekun arqumentləri dinləyən dairə hakimi Amit Mehta, çıxışında bildirdi ki, Google-a qarşı rəqabəti bərpa etmək üçün ABŞ Ədliyyə Nazirliyinin təklif etdiyi 10 illik məhdudiyyət rejimindən daha yumşaq tədbirlərin qəbulunu nəzərdən keçirir. ABŞ Ədliyyə Nazirliyinin və bir sıra ştatların koalisiyasının təkliflərinə əsasən, Google rəqibləri ilə axtarış nəticələri və reklam məlumatlarını paylaşmalı və Apple və digər smartfon istehsalçılarına Google axtarış sisteminin yeni cihazlarda əsas seçim kimi istifadəsinə görə ödədiyi milyardlarla dollarlıq ödənişləri dayandırmalıdır. Həmçinin, Google-un biznesinin bölünməsi, o cümlədən Chrome brauzerinin satışa çıxarılması ilə bağlı təklif də hələ gündəmdə qalır.
         Hakim dinləmələr zamanı bildirdi ki, məlumatların məhdud şəkildə paylaşılması və ödənişlərin dayandırılması yalnız digər tədbirlər rəqabətin bərpasına kömək etmədiyi halda tətbiq oluna bilər. “10 il qısa müddət kimi görünə bilər, lakin bu sahədə bir neçə həftə ərzində belə çox şeyi dəyişə bilər” - deyə Amit Mehta əlavə etdi və misal olaraq Jony Ive tərəfindən yaradılmış cihaz istehsalı üzrə io adlı startapın OpenAI tərəfindən alınmasını göstərdi. Hakim, süni zəka sahəsində artan məhsulların ənənəvi axtarış sistemlərini əvəz edə biləcəyinə də diqqət çəkdi. Onun sözlərinə görə, Safari brauzerində DuckDuckGo və ya Bing kimi rəqib axtarış sistemlərinin əsas seçim kimi təqdim ediləcəyini gözləməyə dəyməz. “Əgər nəsə ortaya çıxacaqsa, bu yalnız axtarışdan daha çox şey edə bilən süni zəka sahəsindəki şirkətlərdən biri olacaq. Niyə? Çünki ola bilsin, insanlar artıq 10 ədəd mavi keçidə ehtiyac duymurlar” - deyə hakim Google-un əvvəlki versiyalarına işarə edərək qeyd edib.
         OpenAI-də ChatGPT məhsulları üzrə rəhbər olan Nick Turley, bildirib ki, şirkətin sorğuların 80%-nə cavab vermək üçün öz axtarış texnologiyasını tam istifadə edə bilməsi hələ uzun vaxt alacaq. O, əgər Google Chrome-u satmaq məcburiyyətində qalarsa, OpenAI-nin bu brauzeri almaqda maraqlı olduğunu da təsdiqləyib. Lakin hakim şübhə ilə yanaşıb ki, OpenAI və ya Perplexity kimi şirkətləri Google-un rəqibi hesab etmək olarmı və Google onlarla məlumat paylaşmağa məcbur edilməlidirmi - xüsusilə də məsələ axtarış sistemləri bazarındakı rəqabətlə bağlıdırsa. “Mənə elə gəlir ki, siz indi bu yeni texnologiyanı axtarış sistemləri ümumi bazarının tərifinə daxil etmək istəyirsiniz, amma əmin deyiləm ki, bu texnologiya oraya uyğun gəlir” - deyə hakim ABŞ Ədliyyə Nazirliyinin vəkili Adam Severt-ə bildirib. Severt isə cavab olaraq qeyd edib ki, hüquqi müdafiə tədbirləri gələcəyə yönəlik nəzərdə tutulmalıdır.
    Paylaş