
Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!
Tech-Biznes
02.08.2024
Aslan
Meta, ilin ikinci rübündə bütün gözləntiləri aşan səviyyədə gəlir və mənfəət əldə edib. Lakin CEO Mark Zuckerberg-in xəyali layihələrini hazırlayan Reality Labs bölməsi, yenidən milyardlar dollar itirməyə davam edir.
Meta-nın artırılmış və virtual reallıq texnologiyalarını özündə birləşdirən Reality Labs bölməsi, rübdə 4.48 milyard dollarlıq zərərə getdiyini bildirib. Beləliklə, təkcə Reality Labs bölməsi 2020-ci ilin sonundan bu yana cəmi 50 milyard dollarlıq itki yaşayıb. Reality Labs bölməsinin gəlirlərinin əksəriyyəti şirkətin Quest VR qulaqlıq ailəsi və Ray-Ban Meta smart eynəklərindən əldə edilir. Bu kontekstdə 1 il əvvəlki 276 milyon dollar gəlirlə müqayisədə Reality Labs, bu rübdə 28% artımla 353 milyon dollar gəlir əldə edib. Bu, ən azından müsbət bir inkişaf kimi qiymətləndirilir.

Virtual reallıq bazarı hələ də böyümə və inkişaf mərhələsindədir. Meta, milyardlarla dollar itirsə də, bu sahədə ən təcrübəli və güclü şirkətlərdən biridir. Şirkət, Apple-dan fərqli olaraq Quest 3 VR qulaqlıqlarını cəmi 499 dollara satır. Bundan əlavə, Ray-Ban ilə birlikdə hazırlanan ağıllı eynəklər getdikcə daha çox istifadəçiyə çatır. Meta, xüsusilə ağıllı eynəklərini şirkətin süni intellekt alətləri ilə dəstəkləyərək şaquli inteqrasiya ilə irəliləyir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
