
Meta şirkəti növbəti irimiqyaslı işçi ixtisarını keçirəcək
Tech-Biznes
15.01.2025
Emil
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti işçilərin yeni ixtisar dalğasını keçirtməyə hazırlaşır. Şirkətin CEO-su Mark Zuckerberg şirkət daxili məktubunda qeyd edib ki, o, aşağı effektivli əməkdaşların 5%-ni işdən azad etməyi planlaşdırır. “Mən, iş effektivliyinə olan tələbatı yüksəltməyi və aşağı effektivliyə sahib işçilərin sürətli şəkildə işdən azad etməyi qərara aldım. Adətən biz, il ərzində gözləntiləri qarşılamayan işçiləri tədricən işdən azad edirik. Lakin indi biz, effektivlik əsasında daha miqyaslı ixtisarı reallaşdıracağıq” - deyə Zuckerberg öz məktubunda qeyd edib.
Öz istəkləri ilə işdən azad olan işçiləri nəzərə almaqla Meta şirkətinin ümumi işçi sayı bu ixtisar prosesində 10% aşağı düşə bilər. Bloomberg bildirib ki, nəzərdə tutulmuş ixtisarlar effektivlik qiymətləndirməsini əldə etmək üçün şirkətdə olduqca uzun müddət ərzində çalışmış şəxsləri əhatə edəcəklər. Nəticədə Meta şirkətini yaxın zamanda 7000 nəfər işçi tərk edə bilər. Bu, 2022-ci ilin sonunda başlamış və ümumilikdə 20 000 nəfər işçini əhatə etmiş ixtisar dalğasının davamıdır.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
