
Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
Tech-Biznes
27.02.2024
Emil
Google ilə ABŞ Ədliyyə Nazirliyi arasında aktiv olan antimonopoliya məhkəmə işi çərçivəsində təqdim edilmiş sənədlər sayəsində məlum olub ki, Microsoft dəfələrlə Apple şirkətini öz cihazlarındakı Safari brauzeri üçün standart axtarış sistemi qismində Bing-dən istifadə etməyə və ümumilikdə Bing-in alınmasına razı salmağa çalışıb. Sənədlərə əsasən 2009-cu ildən başlayaraq Microsoft qeyd edilmiş mövzular barəsində Apple şirkətinə dəfələrlə müraciət edib. O, Apple şirkətinə Safari brauzeri üçün standart axtarış sistemi qismində Google əvəzinə Bing-dən istifadəni təklif edib.
Microsoft tərəfindən mütəmadi şəkildə olmuş təklifə baxmayaraq Apple bu təklifi hər dəfə rədd edib. Belə ki, Apple şirkətini Bing axtarış sisteminin keyfiyyəti qane etmirdi. Sənədlərdən birində isə qeyd edilib ki, 2018-ci ildə Microsoft hətta Apple şirkətinə Bing-in alınması və ya Bing ətrafında müştərək müəssisənin yaradılması təkliflərini edib. Apple bu təklifləri də rədd edib. Qeyd etmək lazımdır ki, Google öz axtarış sisteminin Apple cihazlarında standart axtarış sistemi qismində qalması üçün Apple şirkətinə hər il milyardlarla dollar vəsait ödəyir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
