main-post-cover

    Microsoft yaxın zamanda ABŞ-ın ən bahalı şirkəti statusunu əldə edə bilər

    Tech-Biznes
    07.01.2024
    Farid Pardashunas
         Microsoft ABŞ-ın ən bahalı şirkəti statusunu özünə geri qaytarmaq yolunda irəliləyir. Bu yolda onun yalnız bir rəqibi var. Söhbət, Apple şirkətindən gedir. Hal hazırda Microsoft-un bazar dəyəri 2.73 trilyon dollar təşkil edir. Apple şirkətinin bazar dəyəri isə 2.83 trilyon dollardır. Yəni Microsoft-un bazar dəyəri Apple şirkətinin bazar dəyərindən təqribi olaraq 100 milyard dollar daha aşağıdır. Qeyd etmək lazımdır ki, Apple 2021-ci ilin 17 noyabr tarixindən başlayaraq Microsoft-dan daha bahalı şirkətə çevrildi. 2023-cü ildə Microsoft səhmlərinin ümumi dəyəri 57%, Apple səhmlərinin ümumi dəyəri isə 47% yüksəldi.
         Bununla belə 2024-cü ilin əvvəlində Apple səhmlərindən fərqli olaraq Microsoft səhmləri daha az dəyər itirdilər. Microsoft səhmlərinin ümumi dəyər artımı şirkətin qlobal korporativ xərclərinin artımı fonunda baş verir. Bu isə öz növbəsində şirkətin Azure biznesinin inkişafına təkan verir. Microsoft-un Azure biznesi həmçinin son zamanlarda süni zəka texnologiyalarının inkişafı sayəsində də uduşlu çıxdı. Süni zəka texnologiyaları sayəsində Microsoft bu sahədəki əsas rəqibi olan Google şirkətini geridə qoya bildi. Apple şirkətinə gəldikdə isə onun biznesi keçən ilin son rüblərində yüksək templə inkişaf etmədi. Bununla yanaşı şirkət Çin bazarında güclü rəqabət və ümumi makroiqtisadi təzyiqlərlə qarşılaşdı. Bu il isə Apple smartfon bazarında digərləri tərəfindən daha sərt rəqabətlə qarşılaşa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows-la çalışan yeni kompüterlərin klaviaturalarına ayrıca Copilot düyməsi əlavə ediləcək
    windows-la-calisan-yeni-komputerlerin-klaviaturalarina-ayrica-copilot-duymesi-elave-edilecek
    Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib
    microsoft-copilot-tetbiqinin-ios-ve-ipados-versiyalari-istifadeye-verilib
    Microsoft Surface Pro 10 planşeti üzərində çalışır
    microsoft-surface-pro-10-planseti-uzerinde
    Sensorlu ekrana sahib Apple HomePod-un fotoları təqdim edilib
    sensorlu-ekrana-sahib-apple-homepod-un-fotolari-teqdim-edilib
    Microsoft-un yeni Surface noutbuku barəsində ilk məlumatlar verilib
    microsoft-un-yeni-surface-noutbuku-baresinde-ilk-melumatlar-verilib