
MrBeast investorlar qrupu ilə TikTok-un alınmasını nəzərdən keçirir
Tech-Biznes
31.01.2025
Emil
Amerikalı investorlar qrupu məşhur MrBeast ləqəbi ilə tanınan YouTube bloqeri Jimmy Donaldson-un dəstəyi ilə TikTok-u almaq üçün 20 milyard dollardan çox vəsait toplayıb. Bu barədə texnologiya sahibkarı Jesse Tinsley məlumat verib. Bu qrupa iki tanınmış texnologiya şirkət rəhbəri daxildir. Roblox-un həmtəsisçisi və baş direktoru David Baszucki, Anchorage Digital-ın həmtəsisçisi və baş direktoru Nathan McCauley.
İnvestorları təmsil edən Jesse Tinsley, qrupun TikTok üçün 20 milyard dollar təklif edən Project Liberty investorlarından daha böyük məbləğ ödəməyə hazır olduğunu bildirib. Project Liberty qrupuna isə Los Angeles Dodgers beysbol komandasının keçmiş sahibi Frank McCourt və Shark Tank şousunun iştirakçısı Kevin O’Leary daxildir. Yeni investorlar qrupu hesab edir ki, TikTok-un ümumi dəyəri 25 milyard dollara çata bilər.

Bu investor qrupunun real niyyətləri hələ də aydın deyil. Jesse Tinsley qeyd edib ki, qrup hələ TikTok-un sahibi olan ByteDance ilə birbaşa əlaqəyə keçməyib və şirkət platformanı satmaq niyyətində olmadığını bildirmişdi. "Biz ByteDance-dən birbaşa cavab almamışıq. Onların tərəfində tam səssizlik olub," – deyə Tinsley bildirib. Xatırladaq ki, Donald Trump prezidentliyinin ilk günündə ABŞ-da TikTok-un bloklanma təhlükəsini aradan qaldırmaq üçün platformanın satılması tələbi ilə bağlı qanunun tətbiqini 75 gün müddətinə təxirə salıb.
Bununla belə, ByteDance və Çin hökumətinin amerikalı investorların təkliflərini nəzərdən keçirmək niyyətində olub-olmadığı hələ də bilinmir. Yeni investorlar qrupu TikTok-un ABŞ-da təhlükəsizliyini təmin edəcəklərinə və platformanı daha dayanıqlı hala gətirəcəklərinə əmindir. "Biz TikTok-u stabil bir platformaya çevirə və ABŞ-dakı bütün istifadəçilər üçün məlumat təhlükəsizliyini təmin edə bilərik. Biz ABŞ hökumətinin dəstəklədiyi bir komanda ilə işləyirik və bütün məlumatlar, serverlər və texnologiyalar nəzarətimiz altında olacaq."
Məşhur YouTube ulduzu MrBeast bu investisiya qrupuna qoşulmaq üçün danışıqlar aparır. Lakin onun bu qrupa tam qoşulub-qoşulmayacağı hələ dəqiq deyil. Onun sözçüsü bildirib ki, MrBeast hazırda bir neçə potensial investor qrupları ilə müzakirələr aparır və ən güclü namizədə qoşulmaq qərarını verəcək.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"
Technote.az Reuters platformasına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trump, Microsoft-un TikTok-u əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib və bu prosesdə bir çox iştirakçının təklif verəcəyini gözlədiyini bildirib.

Tech-Biznes
TikTok-un Oracle şirkəti tərəfindən əldə edilməsi nəzərdən keçirilir
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Oracle şirkətinin amerikalı investorlarla birlikdə TikTok-un əldə edilməsi üzrə danışıqlar aparır.

Tech-Biznes
TikTok-un ABŞ ərazisində bloklanması prosesi 75 günlük təxirə salınıb
BŞ-ın yeni prezidenti Donald Trump-ın andiçmə mərasimindən sonra imzalamış olduğu sərəncamlardan birinə əsasən ABŞ Ədliyyə Nazirliyi TikTok ilə əməkdaşlıq edən yerli şirkətlərə qarşı müəyyən müddət ərzində cərimələr tətbiq etməyəcək.

Sosial Media
TikTok bloklanmasından 24 saat keçməmiş ABŞ-da fəaliyyətini bərpa edib
ABŞ-ın keçmiş prezidenti Joe Biden tərəfindən keçən ilin aprel ayında imzalanmış qanun layihəsinə əsasən 19 yanvar tarixində TikTok rəsmi şəkildə ABŞ-da fəaliyyətini dayandırdı.

Tech-Biznes
TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir
Hələ keçən ilin aprel ayında Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
