
Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
Tech-Biznes
17.01.2025
Emil
Şəffaf arxa panellərə sahib smartfonları ilə tanınan Nothing şirkəti öz fəaliyyətinin genişləndirilməsi üçün 100 milyon dollar investisiya cəlb etməyi planlaşdırır. OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei tərəfindən yaradılmış Nothing şirkəti C investisiya raundunu açıq elan edib. Əsasən Google şirkətinin vençur şöbələri vasitəsilə dəstəklənən Nothing öz növbəsində smartfonlar, smart saatlar və qulaqlıqlardan kənara çıxmaq istəyir.
Heç istisna deyil ki, şirkət öz fəaliyyətinin genişləndirilməsi sayəsində noutbuklar sahəsinə də daxil olsun. Nothing şirkəti keçən il illik dövriyyəsini 2 dəfə yüksəldə bildi. Şirkətin investorlara vermiş olduğu məlumata əsasən onun marjası yaxşı vəziyyətə düşüb və şirkət ümumilikdə 7 milyon ədəd cihaz sata bilib. Bura həm smartfonlar həm də naqilsiz qulaqlıqlar daxildirlər. Şirkətin smartfonları üçün əsas bazarlar qismində Hindistan, Almaniya və Böyük Britaniya, audio məhsulları üçün əsas bazarlar qismində isə ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiya çıxış edirlər. Şirkət 2026-cı ildə ABŞ bazarına ciddi şəkildə daxil olmağı planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
